Ey qolları qələm qalan Əbəlfəzlim,
Ey ciyəri yanan,ətşan Əbəlfəzlim!
* * * * * * * * * * *
Səndün Hüseynivə arxa ələmdarım,
Sən ey qəlbi kövrək,yuxa ələmdarım.
Səni görcək düşmən qorxar ələmdarım,
Sən ey qəlbi-iman ümman Əbəlfəzlim.
Ey qolları qələm olan Əbəlfəzlim.
* * * * * * * * * * *
Hər bir süvari-cüz,Quran səninlədir,
Şahi-şühəda can,qurban səninlədir.
Can Əbbasım,ruhu-Rəhman səninlədir,
Babəl-həvaicsən-Sübhan Əbəlfəzlim,
Ey qolları qələm olan Əbəlfəzlim.
* * * * * * * * * * *
At üstündən saldı kafir qoşun səni,
Al qanına batdı şəhla göz-qaşın sənin,
Aldı başın üstün yar-qardaşın sənin.
Oxdur cəsəd dolu peykan,Əbəlfəzlim,
Ey qolları qələm qalan Əbəlfəzlim.
* * * * * * * * * * *
Göylər-yerlər yanar,gözlər qan ağlayar,
Əlimdəki qələm,sözlər qan ağlayar,
Qəlblər qan ağlayar,üzlər qan ağlayar,
Şövqlə sevən könül-mehman Əbəlfəzlim.
Ey qolları qələm qalan Əbəlfəzlim.