Ey qolları qələm qalan Əbəlfəzlim,
Ey ciyəri yanan, ətşan Əbəlfəzlim!
Səndün Hüseynüvə arxa əlamdarım,
Sən ey qəlbi kövrək, yuxa əlamdarım.
Səni görcək düşmən qorxaq əlamdarım,
Sən ey qəlbi- imam ümman Əbəlfəzlim,
Sən ey qolları qələm olan Əbəlfəzlim.
Hər bir suvari- cüz, Quran səninlədir,
Şahi-şühəda can, qurban səninlədir.
Can Əbbasım, Ruhu- Rəhman səninlədir,
Babəl-həvaicsən-Sübhan Əbəlfəzlim,
Ey qolları qələm olan Əbəlfəzlim,
Çox kafəri vasil etdin cəhənnəmə,
Əbədi oldular ocaği- Hütəmə.
Sən olunca şəhid dözdün bu sitəmə,
İslam yolunda haqq, üsyan Əbəlfəzlim,
Ey qolları qələm olan Əbəlfəzlim,
At üstündə saldı kafər qoşun səni,
Al qanına batdı şəhla göz-qaşın sənin,
Aldı başın üstün yar- Qardaşın sənin.
Oxdur cəsəd dolu peykan, Əbəlfəzlim,
Ey qolları qələm qalan Əbəlfəzlim,
Göylər-yerlər yanar, gözlər qan ağlayar,
Əlimdəki qələm, sözlər qan ağlayar.
Qəlblər qan ağlayar, üzlər qan ağlayar,
Şövqlə sevən könül-mehman Əbəlfəzlim,
Ey qolları qələm qalan Əbəlfəzlim,
Rafiqin halın soruş, bir nəzərinə eylə,
Gözlələri giryandı gör, nəzərin eylə.
Əza günü şəfa ver, nəzərin eylə,
Sən ey hər dərdə dərman Əbəlfəzlim,
Ey qolları qələm qalan Əbəlfəzlim,
Ey ciyəri yanan, ətşan Əbəlfəzlim!