Abbasım qolunu etdilər qələm
Çox çətin, qardaş, birdə mən gələm
Hər iki qolunu etdilər qələm
Qolları qələm Əbülfəzil,
Məşgi oxlanan Əbülfəzil,
Cismi doğranan Əbülfəzil
Xeyməsi yanan Əbülfəzil
Ələmi yatan Əbülfəzil
Gəlginən qardaş al qan olub gözüm
Ürəyimdə var niskilim, sözüm
Hər nə var mənə deyinən özün
Qolları qələm Əbülfəzlim
Məşqi oxlanan Əbülfəzlim
Gəlmişəm qardaş, bir səni görüm
Sən özün çevir qibləyə məni
Gəlginən, cismi doğranan bədən,
Yetmədin qardaş mən birdə gələm
Hər iki qolun etdilər qələm
Qollları düşüb çün yatıb ələm
Qolları qələm Əbülfəzil,
Məşqi oxlanan Əbülfəzil.