Əli (ə) haqqında, qələm ilə şairin söhbəti
Nə yazırsan məni götürüb əlinə ay fərsiz
Elə zənn eyləmisiz ki, Əliyə nokərsiz?
Əli o kəsdi ki,taətdə olub bənzərsiz
O nə sirrdi o,nə hikmətdi nihandır şair
Tək Muhəmmədə və bir Allaha əyandır şair
Görmüyürsənmi yazım qarə üzüm qarə gəlib
Əlidən söyləməyə hansı qələm karə gəlib?
Bir adamki, göz açıb Kəbədə rüzgarə gəlib
O kəsin tərifi zənn etmə asandır şair
Ayə bə ayə onun vəsfi Qurandır şair
Quranı mənlə yazıblar nə yazırsan de görüm
Nə aşırsan nə çoşursan nə qızırsan de görüm
Aşiq olmağnımı şe'rində yozursan de görüm
Onun aşiqlərinin qəddi kamandır şair
Allaha and verirəm vur məni sındır şair