Qələm Dostum, var imanın Əlidən yaz
Qələm dostum, gözüm canım, var imanın Əlidən yaz,
Olar dünyavü üqbada, nigəhbanın, Əlidən yaz.
Əli eşqü məhəbbətdir, məqamı hali - heyrətdir,
Əli Şahi - Vilayətdir, adın çəkmək ibadətdir.
Əli dərgahi - Həqq içrə, həqiqətdə həqiqətdir,
Odur əsrarına vaqif bu Qur`anın, Əlidən yaz.
Əlidir sirri Allahın, kamalı qul - huvəllahın,
Odur bais ki, nur saçdı ziyası Şəms ilə Mahın,
Rəsulullah bir istisna, kim anlar haqqın ol Şahın,
Əgər, şərhin dilərsən kamil insanın, Əlidən yaz.
Gələndə aləmə ol pak, düşübdür heyrətə aləm,
Müqəddəs Kə`bədə doğmuş, müqəddəs bir bəni - Adəm,
Yox ondan özgə bir insan, bu qədri Kə`bəyə məhrəm,
Əli söylər sənə bu sirri - pünhanın, Əlidən yaz.
Əlidir saqiyi - Kovsər, Əlidir xaceyi - Qənbər,
O bir Şiri - Ğəzənfərdir, bir ismi - pakı həm Heydər,
Odur rəhbər, odur sərvər, Əlidir nəfsi - Peyğəmbər,
Nəhayət yoxdu şə'nində o sultanın, Əlidən yaz.
Əli, Şəmsi - həqiqətdir, şüası sönməz, əlbəttə,
İbadət də, itaət də, səxavət də, şücaət də,
Misalı bir daha gəlməz, cəmiən külli - xilqətdə,
Nə qədri var nəfəs Talib, qalıb canın, Əlidən yaz.