Yolu bağlı qalıb düşmən əlində
Daha zəvvarının yox səs -sədası.
"Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur”
Çağır Şahi-Nəcəf gəlsin hərayə,
Cihad ilə açaq yol Kərbəlayə.
Əlinin Zülfüqarı dadə çatsın,
Hüseyn qurbanları gəlsin Minayə.
"Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur”
Cihad meydanıdır, millət dayansın,
Müsəlman xabi-qəflətdən oyansın.
Ucalsın nəreyi "Əllahu əkbər”
Gərək kafər cəhənnəm içrə yansın.
"Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur”
Gəlib qeyrət günü,himmət zamanı,
Ucaldaq başda Azərbaycanı.
Gedək Səddami-kafər ilə cihadə
Yıxaq bu bimürüvvət evyixanı.
"Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur”
Hüseyn zəvvarının qurtardı səbri,
Qıraq bu qurdları, kaftari,bəbri.
Açaq yol Kərbəlayə,Kazimeynə,
Çəkək agusə ol səsgüsə qəbri.
"Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur”
Gərək din olmasa dünyanı atmaq,
Şərəf-izzətli bir dünya yaratmaq,
Səadətdir Hüseyn qurbanlarıtək
Şəhadətlə "liqaullah”ə çatmaq.
"Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur”
Müsəlman səf çəkib dəvayə gəlsin,
Çağır Əbbasi tasuayə gəlsin,
Qızı Zeynəb özü sahibəzadır,
Çağır Zəhran aşurayə gəlsin.
"Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur”
Ana, oğlun şəhid oldu,mübarək!
Şəhadətlə səid oldu, mübarək!
Ümidi-cənnəti tapdın da səndən
Cəhənnəm naümid oldu,mübarək!
"Belə toy kim görüb dünyadə, Qasim,
Toyu yasə dönən Şəhzadə Qasim”
Ata, oğlun Əli Əkbər fədası,
Toyu Qasim kimi olmuş əzası,
Durub cənnət qapısında gözətlir,
Ki, gəlsinlər anasıyla atası.
"Belə toy kim görüb dünyadə,Qasim,
Toyu yasə dönən şəhzadə Qasim