Bu gün Kərbəla viran olubdur, Hüseyn öz qanına qəltan olubdur
Məhərrəmdir, xanım Zeynəb əzası
Bizi səslər Hüseynin Kərbəlası.
Yolu bağlı qalıb düşmən əlində
Daha zəvvarının yox səs-sədası.
Çağır şahı-Nəcəf gəlsin haraya
Cihad ilə açaq yol Kərbəlaya
Əlinin zülfuqarı dadə çatsın,
Hüseyn qurbanları gəlsin.
Bu gün Kərbəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Cihad meydanıdır, millət dayansın
Müsəlman xabi-qəflətdən oyansın
Ucalsın nərəyli ALLAHU ƏKBƏR
Gərək kafir cəhənnəm içre yansın.
Bu gün Kərbəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Hüseyn zəvvarının qurtardı səbri
Qıraq bu qurdları, kaftarı, bəbri
Açaq yol Kərbəlaya, Kazımeynə
Çəkək ağuşa ol şiş guşa qebri.
Bu gün Kərbəla viran olubdur
Hüseyn öz qanına qəltan olubdur.
Gərək din olmasa, dünyaniıatmaq.
Şərəf-izzətli bir dünya yaratmaq,
Səadətdir Hüseyn qurbanları tək
Şəhadətlə liqaullaha çatmaq.
Bu gün Kərbəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Müsəlman səf çekib dəvaya gelsin
Çagır Abbası tasuaya gəlsin.
Qızı Zeynəb özu sahib-əzadır.
Çağır Zəhranı aşuraya gəlsin.
Bu gün Kərbəla viran olubdur
Hüseyn öz qanına qəltan olubdur.
Ana! Oğlun şəhid oldu mübarək !
Şəhadətlə seid oldu, mübarək !
Ümidi-cənnəti tapdın, daha səndən
Cəhənnəm naumid oldu, mübarək !
Belə toy kim görüb dünyada, Qasım
Toyu yasa dönən şahzadə Qasım
Ana, oğlun Əli Əkbər fədası
Toyu Qasım kimi olmuş əzası
Durub cənnət qapısında gözləyər ki,
Gəlsinlər anası ilə atası.
Belə toy kim görüb dünyada, Qasım
Toyu yasa dönen şahzadə Qasım.
Şeirin müəllifi: Məhəmmədhüseyn Şəhriyar