Təzmin
«Hüseynə yerlər ağlar, göylər ağlar,
Bətulü Mürtəza, Peyğəmbər ağlar»
Hüseynin nohəsin Dilriş yazanda ,
Müsəlman səhlidir ki, kafər ağlar.
Kor olmuş gözlərin qan tutdu Şimrin,
Ki, görsün öz əlində xəncər ağlar.
Hüseynin köynəyi Zəhra əlində
Çəkər qeyha qiyamət, məhşər ağlar.
Atanda hərmələ ox Kərbəladə
Görəydin düşmən ağlar, ləşkər ağlar.
Qucağında görəydin, Ümmüleyla
Alıb nəş’i Əliyyi Əkbər ağlar.
Rübab nisgil döşündə süd görəndə
Əliyyi Əsğəri yad eylər ağlar.
Başında kakili Əkbər həvası,
Yel ağlar, sünbül ağlar, ənbər ağlar.
Yazanda Ali-taha nohəsin mən,
Qələm gördüm sızlar, dəftər ağlar.
Əli, şəqqül-qəmər, mehrab, tilit qan,
Qulaq ver, məscid oxşar, mənbər ağlar.
Əlidən, Şəhriyar, sən bir işarə,
Qucaqlar qəbri Malik Əjdər ağlar.
Məhərrəmdir, xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası
Bu gün Kərbübəla viran olubdur.
Hüseyn öz qanına qəltan olubdur.