Məhərrəm ayı
Məhərrəmdir, xanım Zeynəb əzası
Bizi səslir Hüseynin Kərbəlası
Daha zəvarinin yox səs-sədası
***
Bu gün kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
***
Çağır Şahi Nəcəf gəlsin hərayə
Cihad ilə açaq yol Kərbəlayə.
Əlinin Zülfüqari dadə çatsın
Hüseyn qurbanları gəlsin Minayə.
Bu gün kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
***
Cihad meydanıdır, millət dayansın
Müsəlman xabi-qəflətdən oyansın,
Ucalsın nə”reyi Allahu Əkbər,
Gərək kafər cəhənnəm içrə yansın.
***
Bu gün kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Gəlib qeyrət günü, himət zəmani,
Ucaldaq başda Azərbaycani.
Gedək Səddam kafər ilə cihadə,
Yıxaq bu bimürvət ev yıxani.
***
Bu gün kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
***
Hüseyn zəvarinin qurtardı səbri,
Qıraq bu qurdları, kaftarı, bəbri.
Açaq yol Kərbəlaya, Kazimiyyə
Çəkək ağuşa o şeşguşə qəbri.
***
Bu gün kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
***
Gərək din olmasa, dünyayi atmaq
Şərəf, izzətli bir dünya yaratmaq.
Səadətdir Hüseyn qurbanları tək
Şəhadətlə liqailləhə çatmaq.
Bu gün kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
***
Müsəlman səf çəkib də”vayə gəlsin,
Çağır Əbbasi tasuayə gəlsin
Qızı Zeynəb özü sahib əzadır,
Çağır Zəhrani Aşurayə gəlsin.
***
Bu gün kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
***
Ana! Oğlun şəhid oldu, mübarək
Şəhadətlə səid oldu, mübarək
Ümid çətin tapdın da səndən
Cəhənnəm naümid oldu, mübarək.