Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Ürək
    +10
    Müəllif: Elya | 11-01-2015, 12:00 | Baxılıb: 1 346
     
     
    335. Ürək
     
    1532. Ürək.
    5305. Allahın Peyğəmbəri (s): «Allah-taalanın yer üzərində qabları var. Yəqin ki, o qablar, həmin bu ürəklərdir. Allah dərgahında ən sevimli ürəklər ən riqqətli, ən pak və ən möhkəm ürəklərdir. Onların ən riqqətlisi qardaşlar üçün olanı, safları günahdan azad olanı və ən möhkəmləri isə Allah yolunda olanlardır.»
    5306. Allahın Peyğəmbəri (s): «Allah-taala sizlərin üzlərinizə və var-dövlətinizə deyil, ürəklərinizə və əməllərinizə baxar.»
    5307. İmam Əli (ə): «Ürək gözün kitabıdır.»
    5308. İmam Əli (ə): «Bu ürəklər bir qabdırlar. Onların ən yaxşısı, ən tutumlusu və ən çox saxlayanıdır.»
    5309. İmam Sadiq (ə): «Ağlın yeri başdadır, bərklik və riqqət isə ürəkdədir.»
    5310. İmam Sadiq (ə): «Ürəyin bədəndəki mövqeyi, imam və rəhbərin camaat arasında mövqeyi kimidir."
    5311. İmam Cavad (ə): «Ürəklərlə Allah-taalaya doğru yollanmaq, əməllərlə bədən üzvlərini əziyyətə salmaqdan (mənzil başına) daha tez çatandır.»
    1533. Qəlbin sağlamlığı.
    Qur‘an:
    «Camaatın dirildiləcəyi gün, məni rüsvay etmə. Allahın yanına sağlam bir qəlblə gəlməkdən savayı, heç bir övlad və malın xeyri olmadığı bir gün.»
    Hədis:
    5312. Məsih (ə): «Şəhvətlər qəlbləri daxildən parçalamasa, tamah korlamasa, nemət və imkan onları sərtləşdirməsə, tezliklə hikmət qabları olacaqlar.»
    5313. İmam Əli (ə): «Özünçün bəyəndiyini möminlər üçün bəyənməyincə, qəlbin sağlam olmayacaqdır.»
    5314. İmam Həsən (ə): «Qəlblərin ən sağlamı, şübhələrdən pak olanıdır.»
    5315. İmam Baqir (ə): «Heç bir elm, sağlamlıq axtarmaq qədər deyil. Heç bir sağlamlıq isə ürəyin sağlamlığı kimi deyil.»
    5316. İmam Sadiq (ə) («Yalnız sağlam qəlblə Allaha üz tutandan qeyri» ayəsi haqda): «Sağlam ürək odur ki, onda Rəbbindən qeyrisi olmayan bir halətdə Allahı ilə görüşə. Şirk və şəkkin olduğu hər bir ürək çökmüşdür.»
    5317. İmam Sadiq (ə)(Həmin ayə barədə): «Sağlam ürək odur ki, sağlamlığını dünya sevgisindən qorusun.»
    1534 . Qəlbin gözü.
    5318. Allahın Peyğəmbəri (s): «Şeytanlar hər an insanların qəblərinin ətrafında dolaşmasaydılar, insanlar hər an qeyb aləmini görərdilər.»
    5319. İmam Əli (ə) (Münacatda): «Ey Mə‘bud! Hər şeydən qopmağı və tamamilə Özünə üz tutmağı mənə nəsib et. Qəlblərimizin gözlərini Sənə baxışların nuru ilə işıqlandır ki, qəlblərin gözləri nur pərdələrini bir-birindən ayırsınlar və əzəmət mədəninə qovuşsunlar. Bizim canlarımız Sənin müqəddəs izzətinə birləşsinlər.»
    5320. İmam Sadiq (ə): «Bizim şiələrin əslində dörd gözü var: iki göz başda və ikisi qəlbdə. Əlbəttə bütün insanlar belədir. Ancaq Allah sizlərin gözlərinizi açmış, onların gözlərini isə kor etmişdir.»
    1535. Qəlbin qulağı.
    5321. Allahın Peyğəmbəri (s): «Əgər qəlblərin dağınıqlığı və sizin yalanlarınız olmasaydı, şübhəsiz ki, mənim eşitdiyimi siz də eşidərdiniz.»
    5322. İmam Sadiq (ə): «Həqiqətən, sənin qəlbin və qulaqların var. Allah bəndəni doğru yola yönəltmək istədikdə, onun qəlbinin qulaqlarını açar. Bundan qeyrisini bir bəndə üçün istədikdə, qəlbinin qulaqlarını bağlayar və beləsi bir daha islah olmaz. Böyük Allahın "qəlblərinə qıfıl vurulub" sözünün də mə‘nası budur.»
    1536. Qəlblərin üz tutması və üzünü döndərməsi.
    5323. İmam Rza (ə): «Həqiqətən, qəlblərin bir üz tutmağı var, bir də üz döndərməyi. Şadlıqları var, bir də kədərləri. Üz tutduqda dərrakəli və bəsirətli, arxa çevirəndə isə yorğun və üzgün olarlar. Buna görə də üz tutub şad olduqları vaxt onlara əl atın (və ibadətlərdə işlərinizə çəkin) və üz döndərib kədərli olduqları vaxt onları öz hallarına buraxın.»
    5324. İmam Əskəri (ə): «Qəlblər şadlananda onlara əmanət tapşırın, nə vaxt arxa çevirsələr onlarla vidalaşın.»
    1537. Qəlbin təmizliyi.
    5325. Musa (ə): «İlahi! Kimdir, Səndən qeyri heç bir kölgənin olmadığı bir gündə Sənin ərşinin kölgəsində olanlar?» Allah ona vəhy buyurdu: «Ürəyi təmiz olanlar.»
    5326. İmam Əli (ə): «Öz canlarınızı çirkin şəhvətlərdən təmizləyin ki, yüksək dərəcələri qazanasınız.»
    5327. İmam Əli (ə): «Bəndələrin pak qəlbləri, Sübhan Allahın baxdığı yerlərdir. Kim qəlbini paklaşdırarsa, Allah ona nəzər salar.»
    1538. Qəlbin böyüklüyü.
    Qur‘an:
    «Allah doğru yola yönəltmək istədiyi şəxsin qəlbini İslamı qəbul etmək üçün genişləndirər. Azdırmaq istədiyi şəxsin, qəlbini çox daraldar. Belə ki, o, sanki zəhmətlə göyə çəkildiyini sanar. Allah iman gətirməyənlərə pisliyi belə edər.»
    «Sənin üçün sinəni genişləndirmədikmi?»
    Hədis:
    5328. Allahın Peyğəmbəri (s): «Allah kimsəni doğru yola yönəltmək istəsə…» ayəsi nazil olduqda Allahın Peyğəmbərindən (s) soruşdular: "Başın genişləndirilməsi nədir?» Buyurdu: «Allah-taalanın möminin qəlbinə saldığı və onun səbəbinə qəlbi genişləndiyi bir nurdur.»
    Ərz etdilər: «Onu tanımaq üçün bir nişanə varmı?» Buyurdu: «Bəli, əbədi saraya üz tutmaq, puç saraydan uzaq durmaq, gəlib çatmamış, ölüm üçün hazırlıq görmək.»
    1539. Qəlbin pərdəsi.
    5329. Allahın Peyğəmbəri (s): «Mömin günah edəndə onun ürəyində qara bir nöqtə yaranar. Əgər tövbə edib günahdan əl çəksə və bağışlanmağını dilərsə, qəlbi həmin qara ləkədən təmizlənər. Ancaq öz günahlarını artırsa, belə nöqtələr çoxalar. Bu, Allah-taalanın Öz kitabında xatırlatdığı həmin pasdır ki, Allah-taala buyurub:«Onların törətdiklərindən qəlbləri pas bağlayar.» 
    5330. İmam Kazim (ə): «Allah-taala Davuda (ə) vəhy buyurdu: «Ey Davud! Öz dostlarını şəhvətlilikdən çəkindir və qorxut! Çünki qəlbləri dün­yanın şəhvətindən asılmış olanların ürəkləri ilə mənim aramda pərdə var.»
    1540. Daş ürəklilik.
    Qur‘an:
    «Sizin ürəkləriniz bundan (hadisədən) sonra sərtləşdi. Daş və ya ondan daha sərt şeylər kimi. Çünki bəzi daşlardan kiçik arxlar axar, bəziləri yarılar və ondan su kənara çıxar. Bir çoxları Allahın qorxusundan ovularlar. Allah etdiklərinizdən xəbərsiz deyil.»
    Hədis:
    5331. «əl-Kafi»: "Allahın Musa ilə (ə) pıçıltılarından biri də bu idi: «Ya Musa! Dünyada uzun-uzadı arzular etmə ki, qəlbin sərtləşməsin. Sərt qəlblilər məndən uzaqdır.»
    5332. Məsih (ə): «Miniyə minməyib onu işlətmədikdə, dikbaş və tərs olar. Ürəklər də belədir. Ölümün anılması ilə yumşalmasa və ardıcıl ibadətdən zəhmət çəkməsələr sərt və kobud olarlar.»
    5333. Allahın Peyğəmbəri (s): «Allahı yad etməkdən savayı heç nədən çox danışmayın. Çünki Allahın fikrindən qeyri bir şey haqda çox danışmaq ürəkləri sərtləşdirər. Allahdan ən uzaq olan insanlar da sərt ürəklilərdir.»
    5334. Allahın Peyğəmbəri (s): «Üç şey ürəyi sərtləşdirər: bayağı musiqini dinləmək, ov və sultanın sarayına çox gedib gəlmək.»
    5335. İmam Əli (ə): «Göz yaşları qəlblərin sərtliyindən qeyri səbəbdən qurumadı, ürəklər isə günahların çoxluğundan başqa səbəbə sərtləşmədi.»
    5336. İmam Əli (ə): «Var-dövlətin çoxluğu dinin puçluğuna və qəlbin sərtliyinə səbəb olar.»
    5337. İmam Əli (ə): «Xəsis insana baxmaq qəlbi sərtləşdirər.»
    5338. İmam Baqir (ə): «Allah-taala yaşayışda çətinlik yaratmaq və ibadətdə süstlüyə görə bədənlərə cəza qoymuşdur. Heç bir bəndəyə daş ürəklilikdən böyük cəza dadızdırılmamışdır.»
    1541. Qəlbin xəstəliyi.
    Qur‘an:
    «Qəlblərində xəstəlik var və Allah xəstəliklərini artırdı. Yalan dediklərinin (cəza olaraq) ağrılı əzabını görəcəklər.»
    Hədis:
    5339. İmam Əli (ə): «Boş yerə mübahisə və çəkişmədən çəkinin. Çünki bu iki iş qəlblərdə qardaşlara qarşı xəstəlik yaradar və onlardan nifaq cücərər.»
    5340. İmam Əli (ə): «Heç bir dərd, ürək üçün günahlar qədər ağrılı deyil.»
    1542. Ürəklərə dərman olanlar.
    Qur‘an:
    «Ey camaat! Sizin üçün Allahınız tərəfindən bir öyüd və sinələrinizdə olanlardan ötrü bir dərman, (Allaha) yönələnlər üçünsə yol göstərən və rəhmət gəlmişdir.»
    Hədis:
    5341. İmam Əli (ə): «Həqiqətən, Allahdan qorxu sizin qəlblərinizin dərdinin dərmanıdır. Qəlblərinizin gözünü açan, bədənlərinizin xəstəliklərinə şəfa verən, sinələrinizin puçluğunu aradan götürən, canlarınızdakı çirklinlikləri təmizləyən və gözlərinizdən korluğu siləndir.»
    1543. Qəlbi öldürənlər.
    5342. Allahın Peyğəmbəri (s): «Dörd şey qəlbi öldürər: günah üstündən günah, qadınlarla çox söhbət etmək, axmaqla bəhs etmək, -yəni sən deyirsən, o deyir və heç vaxt düzəlmir- və ölülərlə oturub durmaq.» Ərz etdilər: «Ey Allahın Rəsulu! Ölülər dedikdə məqsədin nədir?» Buyurdu: «Gününü yaxşı keçirən hər imkanlı şəxs.»
    5343. Allahın Peyğəmbəri (s) (Əbuzərə öyüdlərindən): «Çox gülməkdən çəkin ki, o qəlbləri öldürər.»
    5344. İmam Əli (ə): «Kimin ibadətləri az olarsa qəlbi ölər, qəlbi ölən isə cəhənnəmə gedər.»
    1544. Qəlbi dirildənlər.
    5345. Loğman (ə) (Övladına nəsihətindən): «Övladım! Alimlərlə ol və onlarla otur-dur. Çünki Allah torpağa yağışın yağması ilə həyat verdiyi kimi, qəlbləri də hikmət nuru ilə dirildir.»
    5346. Allahın Peyğəmbəri (s): «Allah buyurur: Mənim bəndələrim arasında elmi söhbətlər ölü qəlbləri dirildər. Bu şərtlə ki, bu söhbətdə Mənim əmrimə (üsuliddin və ya firuiddinə) çatsınlar.»
    5347. İmam Əli (ə) (Əziz övladı İmam Həsənə (ə) tövsiyəsindən): «Öz ürəyini moizə ilə dirilt və dünyanı ürəyindən qoparmaqla öldür.»
    5348. İmam Əli (ə): «Xeyir iş əhlini görmək qəlbləri abadlaşdırar.»
    5349. İmam Əli (ə) (Əziz övladı İmam Həsənə (ə) tövsiyəsindən): «Ey övladım! Sənə Allahdan qorxmağı, Onun əmrlərinə itaət etməyi, Onu zikr etməklə qəlbini abad etməyi tövsiyə edirəm.»
    1545. Ürəyi yumşaldanlar.
    5350. Allahın Peyğəmbəri (s) (Həzrətin yanında öz daş ürəkliliyi ilə öyünən bir kişiyə xitabən): «Əgər qəlbinin yumşalmasını istəyirsənsə, möhtaca yemək ver və yetimin başını nəvazişlə sığalla.»
    5351. Allahın Peyğəmbəri (s): «Ürəklərinizi riqqətə gəlməyə öyrədin, çox düşünün və Allah xofundan çox ağlayın.»
    5352. «Nəhcül Bəlağə»: İmam Əlinin (ə) əynində köhnə və yamaqlı paltar gördülər. Bunun səbəbini soruşanda İmam buyurdu: Bu paltar ürəyi yumşaldır, nəfsi xar və ram edir, möminlər üçünsə bir nümunədir.»
    5353. İmam Baqir (ə): «Xəlvətdə (Allahı) çox zikr etməklə qəlblərinizdə riqqət axtarın.»
    1546. Ürəyi cilalayanlar.
    5354. Allahın Peyğəmbəri (s): «Dəmir suya yaxın olanda paslandığı kimi, bu ürəklər də pas bağlayar.» Ərz olundu: «Onları nə ilə cilalayırlar.» Buyurdu: «Ölümü çox xatırlamaq və Qur‘an oxumaqla.»
    5355. Allahın Peyğəmbəri (s): «Bu ürəklərin cilalayanı Allahı xatırlamaq və Qur‘an oxumaqdır.»
    5356. İmam Əli (ə): «Ürəyini moizə ilə dirilt... və onu hikmətlə nurlandır.»
    5357. İmam Sadiq (ə): «Ürəklər də mis kimi paslanar. Onları, günahların bağışlanmasını diləməklə cilalayın.»

    Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: said abilzada | Status: İstifadəçi Offline | 11 Ocak 2015 16:12 | İstifadəçi | Şərh yazdı
    Allah hər kəsin ürəyini təmiz və şeytandan uzağ etsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 11 Ocak 2015 12:52 | İstifadəçi | Şərh yazdı
    Allah bizimde qelbimizi abad etsin inwaAllah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 11 Ocak 2015 12:43 | Redaktor | Şərh yazdı
    salamun eleykum rehmetullahu ve berekatu. Allah razi olsun meleyim. Allah Celli Cella o gozel ureyine gore versin. Amin ya Rebbim amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 11 Ocak 2015 12:30 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim.Çox gözəl hədislərdir.Allah ecir versin inşAllah.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.