Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Baxmaq
0
Müəllif: Elya | 24-02-2015, 12:00 | Baxılıb: 2 129
 
 
377 Baxmaq
1717.Göz qəlbin bələdçisidir.

6125.İmam Əli (ə): «Göz qəlbin qasididir.»

6126.İmam Əli (ə): «Göz qəlbin xəfiyyəsi və ağlın qasididir.»

6127.İmam Əli (ə): «Qəlb gözün kitabıdır.»

1718.Gözlər şeytanın torlarıdır.

6128.Allahın Peyğəmbəri (s): «Çox və lazımsız baxışlardan çəkinin. Çünki o nəfsi istəklərin toxumunu səpir və qəflət doğurur.»

6129.İmam Əli (ə): «Gözlər(in baxışları) şeytanın torlarıdır.»

6130.İmam Əli (ə): «Gözün korluğu çox baxmaqdan daha yaxşıdır.»

6131.İmam Əli (ə): «Gözünün cilovunu buraxan şəxs həyatını çətinliyə salar. Baxışlarının arası kəsilməyənin həsrəti uzun çəkər.»

6132.İmam Əli (ə): «İçində Allah zikr edilərək xatırlanmayan hər bir söz, bihudədir. Təfəkkürlə birgə olmayan hər bir sükut səhvdir.İçində ibrət olmayan hər bir baxış, əbəsdir.»

6133.İmam Sadiq (ə): «Nə çox bir baxış var ki, uzun bir həsrət yaradıb.»

1719.Üzlərinə baxmaq ibadət olan kəslər.

6134.Allahın Peyğəmbəri (s): «Alimə baxmaq ibadətdir. Ədalətli rəhbərə baxmaq ibadətdir. Ata-anaya məhəbbətlə baxmaq ibadətdir. Allaha xatir sevdiyin qardaşa baxmaq ibadətdir.»

6135.Allahın Peyğəmbəri (s): «Üç şeyə: ata-anaya, Qur‘ana və dənizə baxmaq ibadətdir.»

1720.Gözü yerə dikməyə təşviq.

Qur‘an:

«Mömin kişilərə de ki, gözlərini (naməhrəmlərdən çevirərək) yerə diksinlər, ayıb yerlərini qorusunlar. Bu, onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, gözlərini (naməhrəmlərdən çevirib) yerə diksinlər, ayıb yerlərini qorusunlar, öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini göstərməsinlər.»

Hədis:

6136.Allahın Peyğəmbəri (s): «Adəm oğlunun bədən üzvlərinin hər birinin zina payı var, gözün zinası da baxmaqdır.»

6137. Allahın Peyğəmbəri (s): «Gözlərinizi (harama) yumun ki, füsunkarlıqları görəsiniz.»

6138. Allahın Peyğəmbəri (s): «Kim gözlərini haramla doldursa, tövbə edib əməlindən əl çəkməsə, Allah qiyamət günü onun gözlərini odla doldurar.»

6139.Allahın Peyğəmbəri (s): «Gözlərini ərindən qeyrisi və ya ona məhrəm olmayan şəxslərlə dolduran ərli qadına qarşı Allahın qəzəbi, şiddətlidir.»
6140.İmam Əli (ə): «Gözünü aşağı dikən kəs qəlbini rahat edər.»

6141.İmam Sadiq (ə): «Baxış iblisin zəhərli oxlarından biridir. Kim başqası üçün deyil, Allaha xatir öz gözünü (naməhrəmə) yumsa, bunun ardınca Allah ona tamını daddığı bir iman verər.»

6142.İmam Rza (ə) (Məhəmməd ibn Sinanın suallarının birinin cavabında): «Ərli qadınların, həmçinin digər qadınların saçlarına baxmaq ona görə haram edilib ki, bu, kişilərin təhrik olunmalarına səbəb olur, fəsada və harama, xoşagəlməz əməllərə düçar olmaqla nəticələnir. (Təhrik etmək baxımından) Tük kimi olan (digər) şeylər də belədir. Allah-taalanın «ərə getməyə ümidi qalmayan yaşlı qadınlar….» deyə buyurduğu hallar istisnadır və belə qadınların saçlarına baxmağın eybi yoxdur.»

1721.İlk baxış qeyri-ixtiyari, ikinci baxış isə qəsdəndir.

6143.Allahın Peyğəmbəri (s) (Əliyə (ə) buyurmuşdur):–«Ey Əli, ilk baxış sənə məxsusdur, ikinci baxış isə sənin xeyrinə deyil, ziyanınadır.»

6144.İmam Sadiq (ə): «İlk baxış sənə məxsusdur, ikinci baxış sənin xeyrinə deyil, ziyanınadır, üçüncü baxış isə məhv olmaq amilidir.»

6145.İmam Sadiq (ə): «Baxışdan sonra (təkrar) baxış, şəhvət toxumu səpir və bu, sahibini fitnəyə (və günaha) sürükləmək üçün kifayətdir.»

1722.Kim gözəl bir qadın görsə…

6146.İmam Əli (ə): «Sizlərdən kim gözəl bir qadın görsə və ondan xoşu gəlsə, gedib öz xanımı ilə yaxınlıq etsin. Çünki gördüyünün bənzəri onun öz xanımında da var. Şeytana öz qəlbinə girmək üçün yol verməsin və gözünü həmin qadından döndərsin. Əgər arvadı yoxdursa, iki rəkət namaz qılsın, Allaha çoxlu şükr etsin, Peyğəmbərə və onun əhli-beytinə salavat göndərsin və sonra Allahdan ona öz fəzlindən əta etməsini istəsin. Allah Öz mehribanlıq və mərhəmətiylə onun ehtiyacını aradan qaldıracaqdır.»

Kitabın Adı Mizanul-Hikmet 2-cild (xülasesi)
 
 
Bölmə: Hədislər / Hədislər-yazılı
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 25 Şubat 2015 06:37 | Administrator | Şərh yazdı
Allah razı olsun.Cemiyyetin harama sürüklenme  sebebinin 90%-i haram baxışlardandır
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 24 Şubat 2015 14:02 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun bacım ne gözel hedislerdir,Allah bizleri düzgün yoldan çekindirmesin inşAllah Amin Allah  draznilka

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.