» » İran qadını bir neçə əsrin zülm və haqsızlığının canlı şahididir


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İran qadını bir neçə əsrin zülm və haqsızlığının canlı şahididir
+5
Müəllif: Fatimə Nuri Xuda | 18-12-2014, 16:00 | Baxılıb: 591
 

 İran qadını bir neçə əsrin zülm və haqsızlığının canlı şahididir

İranın müsəlman qadınlarının öz qardaş və ataları, ərləri ilə birgə göstərdikləri o fədakarlıq və qəhrəmanlıqlar öz səmərəsini verdi. Onların əlləri ilə əkilmiş İslam inqilabının qollu-budaqlı ağacı bar verməyə başladı. Hazırda biz qəhrəman İran qadınının şəxsi həyatında necə əsaslı dəyişikliklərin baş verdiyinin şahidiyik. Bugünkü iranlı qadının öz itirilmiş qiymət və etibarının yenidən qazanması, bir neçə əsrlik zülm və ədalətsizliyin dar hasar divarlarını yarıb çıxması, ictimai sahələrdə vüqarla, başucalığı ilə addımlaması – bütün bunların hamısı onun həmin qanlı-qadalı günlərdə göstərdiyi fədakarlıq və qəhrəmanlığın nəticəsində hasil olmuşdur. Bəli, İran qadını həmin günlərdə əsrlər boyu kölgədə qalmış qəhrəmanlıq və ləyaqətini bir daha sübuta yetirdi. 
Bu, bəlkə də iranlı müsəlman qadının ən ibtidai hüququ idi ki, öz bilik və bacarığını, qüdrət və ləyaqətini müxtəlif ictimai, bəşəri sahələrdə göstərə bilir. Haqqı, həqiqəti tələb edən fəryadını bütün dünya qadınlarının, xüsusilə də İslam ölkələri qadınlarının qulağına çatdıra bilir. Xarici əlaqələrdə öz şəxsiyyətini büruzə verir. Həmçinin, hərtərəfli inkişaf etmiş bir qadın kimi öz səsini dünyanın mübariz qadınlarının səsinə qoşur, beynəlxalq qadın təşkilatlarında, BMT-də və başqa ümumdünya məclislərində çıxış edir, bütün dünya qadınlarının onlar üçün taleyüklü olan məsələlərin həllində seyrçi kimi qalmamağa, fəal iştirak etməyə çağırır. 
Bəli, həqiqətən də bu, iranlı müsəlman qadınının hüququdur ki, bir mübariz və ayıq insan kimi ictimai sahələrdə, beynəlxalq məsələlərin həllində iştirak etsin və nəyə qadir olduğunu bütün dünyaya göstərsin. Çünki bu gün artıq bütün dünya bilir ki, İranın qəhrəman müsəlman qadınının varlığı doğrudan da, qadının əsrlər boyu çəkdiyi əzab-əziyyətlərin aşkar təcəssümü, məşəqqət və işgəncələrin şahididir. Həmçinin, İranın sonuncu qaniçən rejiminin, SİA-nın, SAVAK-ın olmazın zülm və haqsızlıqlarının əyani təcəssümüdür. Əgər iranlı qadın çox da uzaq olmayan keçmişin müsibətlərinə və bu müsibətlərin aradan qaldırılması üçün baş vermiş mübarizələrə şahidlik edirsə, bu, doğru-düzgün şahidlikdir, çünki o, bütün nəsli boyu İran qadınının, İran əhalisinin 2500 illik mübarizələr tarixində bu cür əzab və təlaşlarının, müsibət və çətinliklərinin şahidi olmuşdur. Onun varlığı tarixin zülmkarlarının, əsrlərin fironlarının əzab-əziyyətlərinin, zülm və işgəncələrinin aşkar nümunəsidir. Bütün bunları o özü öz gözləri ilə görmüş, qulaqları ilə eşitmiş və bütün vücudunda hiss etmişdir. 
Hər hansı bir insaflı və təmizürəkli insan müsəlman və inqilabçı İran qadınını haqq-ədalət uğrundakı fəryadını eşidir. Bu fəryad əzablar görmüş bir qadının hər tərəfə yayılan bir səsidir. O, Zeynəb kimi özünün bəşəri hədəf və amallarını və İslam inqilabının məqsədlərini bütün dünyaya çatdırmaq istəyir. Hər bir vicdanlı şəxs bu qadının haqlı olduğunu yaxşı bilir, çünki onun varlığı iranlı müsəlman qadınının əsrlər boyu dərd və qəm içində yaşamasının, təhqir və işgəncələrə dözməsinin, bəşər haqq və hüquqlarının tapdalanmasının açıq-aşkar təzahürüdür. Xüsusilə də son bir neçə ildə İran qadınları mübariz müsəlman kişiləri ilə yanaşı haqq-ədalət uğrunda səslərini ucaltmış, zindanda olmazın əzab və işgəncələrini görmüşlər. Bütün bu dözülməz ağır dərdlər təkcə qadınlara yox, bütövlükdə cəmiyyətə xass idi. Azadlıq sevər insanlar onun hər bir küncündə özlərini məhbus və dustaq kimi hiss edirdilər. 
Bəli, yüzlərlə dərdə, əzaba qatlaşmış müsəlman İran qadını indi özünün islami və bəşəri arzu və istəklərinin çiçəklənməsinin şahididir. O özünün bir neçə əsrlik məzlumluq səsini və bugünkü haqq-ədalət uğrundakı fəryadını bütün dünyaya çatdırmaq istəyir. Bu fəryadlar əgər bir tərəfdən onun dərdinin təzahürüdürsə, digər tərəfdən də dərmanının bir parçası sayıla bilər. 
 
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild
Müəllif: Əqiqi Bəxşayişi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: H.Nurlana | Status: İstifadəçi Offline | 18 Aralık 2014 20:54 | İstifadəçi | Şərh yazdı
Allah razi olsunn

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.