Qadın - daim kişinin tarixi və təbii zülmü qarşısında
Çox vaxt, xüsusi yerlərdən başqa qadın tarixdə həmişə məzlum olmuşdur. Bu gün də həmin vəziyyət mövcuddur. Qadın ailədə, iş yerində və cəmiyyətdə hələ də kişi tərəfindən təbii zülmə məruz qalır.
Fiziki zəifliyə görə kişilərin tarix boyu qadınlara zülm etməsi
Qadın hüquqları məsələsi təkcə İrana, yaxud İslam Respublikasına məxsus olan bir məsələ deyil. Belə təsəvvür etməyək ki, biz öz cəmiyyətimizlə vuruşmaqdayıq. Xeyr, bu tarixi bu mübarizədir.
Yəni aydın dəlilə əsasən, qadınlar tarix boyu kişilərin zülmünə məruz qalmışlar. Aydın dəlil də budur ki, qadın fiziki baxımdan kişidən zəifdir. Bu, aydın məsələdir.
Kişinin səsi qadının səsindən yoğun, boyu qadının boyundan uca, sümüyü qadının sümüyündən iridir. Kişinin yaranışının xüsusiyyətləri də hakim və fəal xüsusiyyətlərdir, qadının xüsusiyyətləri yumşaq, təsirlənmə və cəzbolunma xüsusiyyətləridir.
Qadınlar əleyhinə tarixi zülmlər
Bizim iranlı cəmiyyətimizdə qadın nə ictimai hüquq baxımından, nə fərdi fəaliyyət imkanı və qüvvəsi baxımından, nə də onlarla bağlı olan qanunlar baxımından hələ də İslamın istədiyi həddə və səviyyədə deyil.
Bizim cəmiyyətimizin bəzi hissəsində qadına qarşı pis əxlaq hakimdir. Əlbəttə, bu təkcə İrana məxsus deyil. Əgər insan baxsa, təəssüflə görər ki, tarix boyu həmişə qadına zülm olunmuşdur. Bu əksər yerlərdə qadının qiymətinin və mövqeyinin bilinməməsindən irəli gəlmişdir. Əlbəttə, hər yerdə və hər hansı bir formada belə olmuşdur və var. Bizə aidiyyəti yoxdur. Lakin bizim cəmiyyətimizdə İslamın istədiyi formada olmalıdır. Qadın özünün həqiqi məqamını əldə etməlidir. Qadın olduğuna görə ona heç bir zülm göstərilməməlidir. Bu çox pis haldır.
Qadına olunan zülmlərin bəziləri zülm adlanır, bəzilərinin isə adı zülm deyil, amma əslində zülmdür; misal üçün, dəbdəbəçiliyə, istehlakçılığa, əbəs bəzəklərə və ağır xərclərə sövq etmək və bir istehlak vasitəsinə çevirmək. Bu, qadına böyük zülmdür, bəlkə də demək olar bundan üstün bir zülm yoxdur. Çünki onu özünün təkamül amallarından və məqsədlərindən bütünlüklə xəbərsiz edir və daşındırır, çox kiçik və dəyərsiz məsələlərlə məşğul edir. Bu, zalım şahlıq rejimi dövründə görülən işdir. İndi onun qarşısı alınmalıdır. Əlbəttə, inqilabın əvvəllərində çox yaxşı idi, lakin sonralar yenə diqqətsizliklər qarşıya çıxdı. Bu məsələ barəsində ciddi proqram hazırlamaq lazımdır.
Hərəmxanalar - qadını təhqirin simvolu