Qadının mövqeyi
Qeyd olunduğu kimi, qadın dərin
və geniş hissə malik bir varlıqdır. O bu baxımdan kişidən üstündür. (Bu
üstünlük şəxsə yox, növə aiddir. Yə`ni orta halda olan qadınlar orta halda olan
kişilərdən hiss baxımından üstündür. Amma xüsusi halda bir kişi bir qadından
daha hissiyyatlı ola bilər.) Bu xüsusiyyət, şübhəsiz ki, qadın üçün problemlər
yaradır. Hissin düşüncəyə qələbə çalması ağıl zəifliyi ilə nəticələnir. Kişilərin
bu sahədə bir o qədər də böyük problemi olmur. Demək, kişi ilə qadın arasında
iş bölgüsü aparılarkən bu fitri xüsusiyyət nəzərə alınmalıdır. Kişi və qadın
arasındakı təbii fərqləri nəzərdən qaçırmaq olmaz. Eşq və məhəbbətlə dolu bir qəlb
tələb edən işlərin öhdəsindən, adətən, qadınlar daha yaxşı gəlir. Daha çox
fiziki qüvvə tələb edən işlər isə kişilər üçün münasibdir. İqtisadiyyat kimi
fiziki güclə yanaşı dəqiqlik və sərtlik tələb edən sahələrdə də kişilər daha
müvəffəqdirlər. Uyğun məsələni bəsirət gözü ilə nəzərdən keçirən hər bir insan
anlayar ki, idarəçilikdə bu üsul daha möhkəm və e`tibarlıdır.
Ardi var...
Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Müəllif: Məhəmməd Əli Sadat
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.