Qadınlarüçün
söhbət hislərini bölüşmə vasitəsidir.
Xanımlar
arasındakı uzun-uzadı söhbətlərin səbəbi kişilərlə qadınlar arasındakı rəftar fərqlərindən
doğur. Adi halda hər hansı kişi qadınların uzun-uzadı söhbətlərinin səbəbini
anlaya bilməz. Belə söhbətlər kişilərin nəzərində yorucudur. Bitib-tükənməyən
qeyri-zəruri telefon söhbətləri, ayrılarkən söhbəti uzatmaq bu mövzunun müxtəlif
nümunələridir. Həqiqət isə qadın ruhunun psixologiyası ilə bağlı deyilənlərdir.
Söhbət
əgər kişilər üçün mə`lumat mübadiləsidirsə, qadınlar üçün hisslərini bölüşmə
vasitəsi, məhəbbətlərini izhar etmə yoludur.
Deyilənlərdən
belə mə`lum olur ki, mərhəmət hissi qadının həyatında necə də geniş yer tutur.
Eləcə də, zahirən səthi görünən bu münasibətlərin qadın batinində dərin kökləri
var. Bu hisslər sadəcə bir e`tiraz və tövsiyə ilə aradan götürülə bilməz. Kişi
dərin düşüncə və ayıq gözlə qadın ruhiyyəsini tanımalı və öz istəklərini
tarazlaşdırmalıdır. Digər bir tərəfdən, qadın düzgün tə`lim-tərbiyədən
faydalanmaqla öz şəxsiyyətinin zəif və qüvvəli nöqtələrini müəyyənləşdirməli, təbii
istəklərinə nəzarət etməlidir. O çalışmalıdır ki, bu istəklər ağıl və məntiq həddini
aşmasın və qadın kişi tərəfindən ağılsızlıqda ittiham edilməsin. Nəzərdən
keçirilən problemlər, adətən, düzgün tə`lim-tərbiyə görməmiş qadınlarda müxtəlif
formalarda təzahür edir və qadın şəxsiyyəti alçalır.
Ardi var...
Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Müəllif: Məhəmməd Əli Sadat