Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qadınla bu sayaq rəftar ilk növbədə ona sitəmkar baxışdan formalaşır. Keçmişdə bu münasibət o qədər sərt olmuşdur ki, hətta qadın özü də özünü dəyərsiz saymış, ər qarşısında hüquqlarını dərk etməmişdir. Qadına ifrat sərt münasibət "feminizm” adlı əks bir cərəyan doğurmuşdur. Bu, qadının kişi ilə tam bərabər olduğunu iddia edən ifrat bir cərəyandır.
Qur`ani-kərim bu sayaq yanlış e`tiqad və adətlərlə mübarizə üçün, harada böyük və pak bir kişidən söz açmışsa onunla yanaşı böyük və pak qadının adını çəkmişdir. Bəli, Qur`anda kişi və qadına münasibətdə tarazlıq gözlənilmiş, qadına mövcud münasibəti aradan qaldırmaq üçün qəhrəmanlıq dastanlarında kişilərlə yanaşı qadınlar da xatırlanmışdır.
Bizim səmavi kitab daim tə`kid edir ki, axirət mükafatı cinsdən yox, iman və əməldən asılıdır.
Demək, kamillik mərhələlərini keçmək üçün qadın kişi ilə eyni imkanlara malikdir. O düzgün tə`lim-tərbiyə aldıqda kamilliyin ali dərəcələrinə çata bilər. İslam tarixində pak və ali məqamlı qadınlar çoxdur.
Zülm-sitəmdən uzaq, yetərli ailə mədəniyyətinə nail olmaq üçün kişi düzgün düşüncə tərzinə yiyələnməli, bəşər tarixində kök atmış yersiz təəssüblərdən çəkinməlidir. Bu, kişinin qadınlamüştərək həyatda atacağı ilk addımdır. Kişi qadını ilahi bir hədiyyə, həyat yoldaşı bilməlidir. Bilməlidir ki, hüquqi baxımdan qadın eynən onun kimidir. Qadını əskik saymaq, ona hakimlik fikrinə düşmək yolverilməzdir.
Qadına münasibətdə təhqiramiz təsəvvürə malik olmaq kişinin özünü üstün sayması ilə nəticələnir və bu ailə rabitələrinə çox mənfi tə`sir göstərir.
Nə qədər ki, bu sayaq düşüncə tərzi formalaşmamış və kişi qadını özü ilə bərabər mövcud saymır, ailə münasibətləri tənzimlənməyəcək. Bu sayaq düşüncə tərzi ailə rabitələrinin sağlamlaşdırılması yolunda kişilərin atacağı ən zəruri addımdır. Yalnız bu yolla Allahın və`d etdiyi mərhəmət və sevgiyə nail olmaq mümkündür. Əgər qadınla kişi arasındakı rabitələr ədalət və bərabərliyə əsaslansa, tərəflərdən biri o birinə həqarətlə baxmasa, onlar aram bir həyat sürəcəkdir. Bu o demək deyil ki, ailədə iş bölgüsü olmasın və hər kəs öz fitri və təbii xüsusiyyətlərinə uyğun məs`uliyyət daşımasın. Uyğun düşüncə tərzi kişinin ailədə müdiriyyət məs`uliyyətini azaltmır. Növbəti söhbətlərimizdə ailədə iş bölgüsü haqqında danışacağıq. Hələ ki, diqqət əsas məsələyə yönəldilməlidir:
Qadınla kişi arasında rabitənin əsasını anlaşma, təvazö, qarşılıqlı ehtiram, bir sözlə, yoldaşlıq təşkil edir.
Aydın məsələdir ki, yoldaşlıq və dostluq münasibətlərində bir tərəfin özünü üstün, qarşı tərəfi əskik sayması mümkün deyil. Dostluq varsa, tərəflər arasında qarşılıqlı ehtiram da var.
Ardi var...
Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Müəllif: Məhəmməd Əli Sadat
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |