Xuda ya bizi zəvvar elə Kərbubəlayə
Xuda ya bizi zəvvar elə Kərbubəlayə,
Öpək qəbri Huseynin, gələk ahu-nəvayə.
Düşək səcdəyə rahət, edək çoxlu duayət,
Deyək nohə Huseynə, baxaq bəzmi əzayə.
Düşər yadə o günlər, salar Zeynəbi yadə,
Gələr ahu-fəğayə, baxar qanlı minayə.
Görüb nəşi Huseynin, batıb qanə sədasər,
Başın kəsmiş o zalim, qoyub noki cidayə.
Xitab etdi o Zeynəb: "Mənim tazə cavanım,
Qalıb isti qum üstə, odur ruhi-rəvanım.
Susuz kəsdilər başın, qanın tökdülər ey vay,
Necə biz dözərik bəs? Belə cövri-cəfayə.
Edib cismini üryan bu torpaqların üstə,
Qalır isti gün orda, odur yarəli peykər."
Biri söylər atam var, biri söylər atam vay,
Biri söylər qardaşım ey vay, biridə oğul ey vay.