Biz Huseyn (ə)-dan dönmərik
Biz Huseyn müştaqiyik, əsla Huseyndən dönmərik,
Qopsa tufan, coşsa dağlar dərya Huseyndən dönmərik.
Düşmənin istəkləriylə əldə gəzsə qəsbimiz,
Nizə-nizə doğranıb, al qana dönsə cismimiz.
Möhtəla düşsək əgər kafər çəkilsə ismimiz,
Düşmən olsaq bizlərə dünya Huseyndən dönmərik.
Səslərik ey hat minnəzillət eşqiylə vəli,
Bir dəli düşmən önünə, biz çıxarıq yüz vəli.
Qeyrət ilə eylərik əba, biz Huseyndən dönmərik,
Kim Huseyn aşiqidi, meydanda söylər Ya Huseyn.
Ruhu tək dəryada var tufanda söylər Ya Huseyn,
Dininə xatir düşər zindanda söylər Ya Huseyn.
Razı olsun taki, o Mövla Huseyndən dönmərik,
Aşurada o susuz Səqqa baxır zalimlərə,
Söylədi rəhm etmədiz bəs siz nədən xadimlərə?
Dinə xidmət eyliyən xadimlrə, alimlərə,
Açdı ağuşun dedi, Səqqa Huseyndən dönmərik.
Ey Yəzid məqbun dedi sən nə karəsən,
Mən Ələmdaram Huseynə, sənsə bir davarəsən.
Mən Əlinin oğluyam, sən isə zalim parəsən,
Əllərin verdi dedi, Səqqa Huseyndən dönmərik.
Qolları düşdü, yıxıldı torpağa o Həzrətin,
Hansıki, bir ülgüdü hər bir zaman hər millətin.
Başın üstə gəldi göz yaşlı o kami ismətin,
Ya Əbəlfəzl səslədi, Zəhra Huseyndən dönmərik.
Səndə ey şiə bu gün şad et şəhidlər ruhunu,
Din yolunda can verən sadiq bürünlər nuhini.
Bizlərə ümid verən, əqli ümüdlər nuhini,
Eyliyər bir gün o qanlı Ya Huseyndən dönmərik.