Düşmənin məkrli planlarına qarşı ictimai mübarizə
Bəzən şəriətin, İslam cəmiyyətinin ziddinə olan bir iş adi və sadə bir şəkildə, hansısa bir şəxsin fərdi istəyi ilə həyata keçirilir. Bəzən də şəriətin xilafına olan bu işlər fərdi və sadə şəkildə deyil, çox mürəkkəb və planlı şəkildə, məqsədyönlü və düşünülmüş surətdə həyata keçirilir. Söhbət bir nəfərin camaat qarşısında günaha batıb əxlaqız hərəkətlərə qurşanmasından getmir. Bu daha tədbirli bir plan əsasında həyata keçirilir. İslam cəmiyyətini sarsıdıb dağıtmaq üçün məhz bu cür işləri idarə edən, bu kimi dağıdıcı şəraitə zəmin yaradan kəslər var. Məqsəd, İslam dinini və onun qüdrətini zəiflətməkdir. Məsələn, deyirlər ki, əxlaqsız işləri cəmiyyət arasında o qədər yayıb genişləndirin ki, nəhayət bu işlər camaatın gözündə adi hala çevrilsin. Bunu qabaqcadan proqramlaşdırırlar və artıq bu proses fərdi xarakter daşımır.
Ümumiyyətlə, bu növ işləri görənlər İslam dininə bir o qədər də etiqadlı olmurlar; ya münafiqdirlər və imanları yoxdur və ya başqalarına satılmaqla biganələrin muzduruna çevriliblər. Hər nə vasitə ilə olursa-olsun, cəmiyyətdə İslam hakimiyyətinə zərbə vurmaq istəyirlər. Belə olan surətdə İslam cəmiyyəti müxtəlif zərbələrə məruz qalır ki, onlarla da mübarizə aparılmalıdır. Bu zərbələr mümkündür, hansısa mədəniyyət mərkəzlərinin özəyinə və ya iqtisadi-elmi mərkəzlərə və hətta hərbi müəssisələrə yönəldilsin. Bu zaman daha geniş mübarizə növü tələb olunur. Bu artıq əvvəldə izahını verdiyimiz əmr be məruf və nəhy əz münkərin növlərindən deyildir, şəri baxımdan da risalələrdə bu barədə bir şey yazmayıblar. Bu qəbildən olan əmr be məruflar iri həcimli düşmən hücumları qarşısında mübarizə olub, bir nəfərin öhdəsindən xaricdir. Sadə bir üsulla bir nəfər xətakar ünsürə "etmə” deməklə nəticə vermir.
Bu hücumlar şeytancasına düşünülmüş və planlaşdırılmışdır. Qarşılıqlı olaraq bu hücumların dəf edilməsi üçün planlı şəkildə iş aparılmalıdır. Mümkündür bu hücumlar iqtisadi çərçivədə aparılsın. Yəqin ki, «tənbəki» əhvalatını və buna oxşar hadisələri çoxunuz eşitmisiniz. Buna aid çoxlu misallar çəkmək olar ki, hətta onlardan bəziləri olduqca mürəkkəb məsələlərdir; ancaq həmin sahənin mütəxəssisləri bu kimi məkirli planları təhlil edə bilmişlər. Məsələn, belə məkirli oyunlardan biri, bu günlərdə İslam düşmənləri tərəfindən müsəlmanlara iqtisadi təzyiq olsun deyə, neftin qiymətinin dünya bazarlarında aşağı endirilməsidir. Bu məsələ sadə insanların baş çıxara biləcəyi bir iş deyil. Bu məsələ qarşısında necə mövqe tutmalıyıq? Bu iş ictimai, iqtisadi, dünya miqyasında planlaşdırılan bir münkərdir. Hətta bir ölkə təklikdə belə münkərə mütəkib ola bilməz. Müsəlmanlar əleyhinə bu növ iri miqyaslı planı həyata keçirmək üçün gərək müxtəlif ölkələrin "şeytan”ları bir-biri ilə ittifaqa girsinlər. Bu məsələ bir ölkənin xalqına, bəlkə də bütün müsəlmanlara endirilmiş zərbədir və bunun qarşısını almaq lazımdır. Bu münkəri həyata keçirməklə kafirlərin müsəlmanlar üzərindəki üstünlüyü, onların bazarları üzərindəki gücü sübuta yetir. «Allah-taala heç vaxt kafirlərin möminlərə müsəllət olması üçün bir yol qoymamışdır.» Yəni, Allah-taala heç vaxt kafirlərin müsəlmanlar üzərindəki üstünlüyünə icazə vermir.
Bu kimi məsələlərdə bütün müsəlmanlar bir araya gəlib, yekdil qərar çıxarmalıdırlar. Əlbəttə, bu sadə qərar olmamalıdır. Bu qəbildən olan münkərlərin nəhyi elmi araşdırmalara ehtiyac duyur. Münasib yollar tapmaq üçün xüsusi mütəxəssislər uzun müddət tədqiqat aparmalıdırlar. Əgər bu münkərin qarşısında duracaq münasib həlli yolu tapılarsa, bütün müsəlmanlar onun həyata keçirilməsində səy etməlidirlər. Xüsusilə də, bu planın siyasətlə işləndiyi nəzərə alınmalıdır.
Məsələn, bir çıxış yolu budur ki, müsəlmanlar da öz ölkələrində Amerika məhsullarının satışına qadağalar tətbiq etsinlər. Bu əmrin icrası bütün müsəlmanlara vacibdir. Amerika mallarının alınması haram sayılsın. Hətta qadağan edilən malı başqa dövlətdən iki qat qiymətə əldə etsək belə, yenə də düşməndən alınmamalıdır. Bu mühasirəni yaratmaq nəhy münkər ünvanı ilə bütün müsəlmanlara vacib olur. İslami cəmiyyətdə əmr be məruf və nəhy əz münkər bu qədər geniş sahəni əhatə edə bilər.
Hər halda cəmiyyətdə günahla mübarizə aparılmalıdır. Bu iş fərdi deyil, ictimai şəkildə həyata keçirilməlidir. İlk növbədə bu sahənin mütəxəssisləri məşvərət edib, ümumi mübarizə planı hazırlamalıdırlar. Sonra həmin planın icrası İslam dövləti tərəfindən xalqa çatdırılmalıdır. Bu mərhələdən sonra hazırlanmış plana əməl etmək bütün xalqa vacib olur. Bu layihəyə əməl etmək həm nəhy münkər, həm də İslam dövləti və müsəlmanların rəhbərinə itaət etmək deməkdir.
Deməli, müsəlmanlar xarici, ya daxili düşmənlər tərəfindən cəmiyyətin müxtəlif sahələrinə yönəldilmiş təhlükədən agah olduqda, bütün xalq öz alimlərinin elmindən, mütəxəssislərinin təcrübəsindən bəhrələnərək həmin təhlükə qarşısında mübarizəyə qalxmalıdırlar. Bu təhlükələrdən ən qorxulusu, müsəlmanların mədəni-ictimai hücumlara məruz qalmasıdır. Əlbəttə, biz məsələnin adını əcnəbi mədəniyyətlərin hücumu qoymuşuq. Biganə mədəniyyətlərin hücumlarına məruz qalmağımızın əsas səbəblərindən biri, müəyyən dərəcədə öz mədəniyyətimizin zəifliyidir. Bu zəiflik həm özümüzdə, həm də cəmiyyətimizdə mövcuddur. Mədəniyyətə olunan hücum dinə edilən hücum kimi qiymətləndirilməlidir. Vəliyyi-fəqihin buyurduğu kimi, düşmənlər xalqın imanını hədəf götürüblər. Bu zarafat deyil; bu kimi məsələləri hər kəsdən daha yaxşı bilən bir mütəxəssisin sözüdür. Bu şəraitdə mən deyə bilərəm ki, mənə nə var, mən namazımı qılıb, dərsimi oxuyuram! Bu çox səhv bir fikirdir. Bu cür vacib məsələləri tək dövlətin və ya vəliyyi-fəqihin öhdəsinə buraxmaq ədalətsizlikdir. Müsəlmanların rəhbəri nə qədər fəryad edib - ey millət, mədəni-ictimai həyatınıza olan hücumlar barədə düşünün, universitetlərdə yaranmış vəziyyət barədə fikirləşin, bizim təhsil ocaqlarımız hələ də İslami rəng almayıb – deməlidir. Bu qədər təkiddən sonra biz heç bir məsuliyyət hiss etməməliyik? Bilə-bilə özümüzü uçuruma sürükləyirik.
Çox qəribədir, insanlar şəxsi işlərində daha ayıq olurlar. Sadə bir misal çəkmək istərdim. Məsələn, siz evinizdə oturduğunuz vaxt, birdən kimsə məhəllənizdə fəryad çəkib, küçənizi su basdığı və ya zəlzələ baş verəcəyini deyir. Bu anda nə edəcəksiniz? Əlbəttə, məsələyə ciddi yanaşacaqsınız. Tez evlərinizdən çıxaraq təhlükəni sovuşdurmağa, həlli yollarını tapmağa çalışacaqsınız. Daha sonra fəryad çəkib, işin təhlükəsini xəbər verən insana öz təşəkkürünüzü bildirəcəksiniz. Baş verəcək təhlükənin aradan qaldırmasında o şəxsin rolunu etiraf edərək, ona dəyər verəcəksiniz. Bəs nə üçün vəliyyi-fəqih sizə xəbərdarlıq etdiyi təqdirdə bu dəyəri ona vermir, sözlərini qulaqardına vurursunuz? Axı maddi zərərin boşluğunu doldurmaq mümkündür, lakin bu sözləri mənəvi zərərlərə aid etmək olmaz.
Biz mənəvi təhlükələrə qarşı həssas deyilik. Nəzərimdə ancaq möminləri tutmuram. Əslində insanın təbiəti daha çox dünyəvi işlərlə ünsiyyətdədir. İnsan öz hisslərinin fövqündə dayanan şeylərə bu asanlıqla inana bilmir. Bizə deyəndə ki, dinimizə qarşı əks hücuma keçiblər, deyirik hanı? Bir şey olmayıbdır ki! Əgər malımızı aparsalar, o saat inanırıq. Amma əgər desələr dinimizi aparırlar, deyirik: "Xeyr, biz ki, namaz qılırıq, oruc da tuturuq?!” Diqqət etsək görərik ki, keçən ilki imanımız bu ilkindən fərqlənir. Fikirləşirik ki, ola bilər axundların sözü doğru olmasın? Kəmiyyət və keyfiyyətcə olan dəyişikliklərə qarşı tez reaksiya veririk. Çünki, bunu canlı şəkildə müşahidə edirik. Lakin dində və imanda olan dəyişikliklərin, zahirdə olanlar istisna olmaqla, əksəriyyəti gözlə müşahidə edilmir. Bu səbəbdən də insanlar qəflət içərisində olurlar. Ayıldıqda dindən əsər-əlamətin qalmadığı görülür.
Uzaqgörən insanlar isə, düşmənin silahını hansı hədəfə tuşladığını təyin edə, müəyyən qədər də olsa, gələcək fəaliyyəti barədə ehtimal verə bilirlər.
Hər halda bu da nəhy münkərin bir növüdür. Fəryad edənlərin çağırışını hüsnü niyyətlə qarşılamaq və bu çağırışlara qoşulmaq lazımdır. Əks təqdirdə, müəyyən müddətdən sonra iman əldən gedəcək, əxlaqsızlıq cəmiyyətdə vüsət tapacaqdır. Gənclər sərxoşluq, narkomaniya və bu kimi digər bəlalara tutulacaq, beləliklə də, cəmiyyət süqut edəcəkdir.
Bu onların dünyəvi əzablarıdır. Məsələn, ailələrin dağılması, qadın kişi arasında daimi ixtilafların yaranması, uşaqların tərbiyəsiz böyüməsi, murdar adətlər, narkomaniya və neçə-neçə bu cür bədbəxt və çarəsi olmayan bəlalar.
İman əldən gedərsə, ardınca da sadaladığım problemlər gələcəkdir. Cəmiyyətin belə uçurumlara yuvarlanmasını istəmirsinizsə, əvvəldə onun qarşısını almalısınız. Cəmiyyətdə mədəni-ictimai, təlim-tərbiyə işlərinə xüsusi diqqət yetirməlisiniz. Deməyin ki, hər şeyin başında pul durur, hər şey iqtisadi vəziyyətdən asılıdır. İctimai problemlərin həllini ancaq iqtisadi problemlərin aradan qaldırılmasında görənlər, çox böyük səhv edirlər. Əlbəttə, öz yerində iqtisadi məsələlərə də diqqət yetirilməlidir. Çünki, cəmiyyətdə baş verən əxlaqsızlıqlar adətən iki səbəbdən baş verir. Birinci səbəb ehtiyac üzündən yaranır. İnsanlar öz nəfsani, şəhvani və maddi ehtiyaclarını təmin etmək üçün müxtəlif əxlaqsız əməllərə qurşanır, cəmiyyətdə günahın geniş vüsət tapmasına şərait yaradırlar. Digər bir səbəb isə bəzi sərvət, pul meyilli insanların maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün qeyri-qanuni, haram yollardan istifadə etmələridir. Məsələn, kriminal qruplaşmalar, uyuşdurucu maddələrin ticarəti, qadınlardan gəlir mənbəyi kimi istifadə edilməsi və s. Bu mənfi hallar cəmiyyət üzvləri tərəfindən törədilir. Xarici qüvvələrin rolunu yuxarıda qeyd etdiyim üçün bu səbəbin izahına ehtiyac duyulmadığını zənn etdim.