» » Cahilin təlim və tərbiyəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Cahilin təlim və tərbiyəsi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 6-12-2014, 18:00 | Baxılıb: 1 114
     

    Cahilin təlim və tərbiyəsi 

    Əmr be məruf və nəhy əz münkərin şamil olduğu ünvanlardan biri təlim və tərbiyədir. Bəzən bir fərd müxtəlif səbəblər üzündən öz şəri vəzifəsini bilmir. Və ya həddi-büluğa yaşına yenicə çatıbdır və hələ kifayət qədər İslam qanunları ilə tanışlığı yoxdur; və yaxud da ümumiyyətlə yaşadığı mühütün şəraiti ona bu imkanları verməmişdir. Məsələn, yerləşdiyi ictimai mühit ya İslami mərkəzlərdən uzaq olmuşdur, ya da kafir qüvvələrin təsiri altında düşmüşdür. Bu şəxs İslam hökmlərinə nisbətdə "qasir cahil” adlanır. Yəni, bu şəraitdə olan bir kəs ya hökmü, ya da onun icra yollarını bilmir. Onun üçün İslam maarifini öyrənmək mümkün olmamışdır və bu işdə onun bir günahı da yoxdur. Belə bir adama İslami hökmləri təlim edib öyrətmək vacibdir. Amma bu şəxslərin təlim-tərbiyəsi kimlərə vacibdir, neçə növ təlim yolları var, bu təlimlər fərdi və ya ictimai şəkildə olmalıdır, rəsmi və ya qeyri-rəsmi olmalıdır və s. Bu qəbildən olan suallara cavab vermək bəhsimizin genişlənməsinə gətirib çıxarar və hələlik bu kimi məsələlərə imkan yoxdur.
    İcmali olaraq, aydın olan məsələ burdur ki, qasir cahilin təlimi vacibdir. Belə bir təlim olduqca mülayimlik, səbr və mehribanlıqla həyata keçirilməlidir. Çünki, tərbiyə olunan tərəfin öz məlumatsızlığında heç bir təqsiri olmamışdır. Həmçinin, bu təlim-tərbiyədə maarifləndirilən tərəfin yaşına, cinsinə, həyat şəraitinə, istedadına uyğun təlim metodu seçilməlidir. Belə olduqda, yenəyetmə mövzuları daha yaxşı və sürətlə qavrayar. Dediklərim əmr be mərufun bir qismidir. Deməyin ki, biz indiyə qədər belə bir əmr be məruf eşitməmişik. 
    Qarşıda duran məsələ, ümumi məna kəsb edən əmr be mərufun ünvanlarını araşdırmaqdır. Bu cəhətdən, cahilin təlimi də əmr be mərufa şamil olur.
    Başqa bir məsələ da budur ki, cahil öz məlumatsızlığında müqəssir olsun. Yəni öyrənmək, məlumat əldə etmək, maariflənmək imkanları olduğu halda ya tənbəllik, ya da bu elmlərə əhəmiyyət verməmək ucbatından cahillik damğasının alnına vurulmasına razı olub. Bu çox dəhşətli, faciəvi bir haldır. Bu cür insanların maarifləndirilməsi üçün ilk görüləcək iş, diqqəti nəzərdə tutulan məsələlərə yönəltmək, onda elmlərə və bəndə kimi boynunda vacib olduğu hökmlərə qarşı maraq hissi oyatmaqdır. Yəni, müqəssir bilinən cahilin tərbiyələndirilməsindən əvvəl bu iş üçün hazırlıq işləri aparılmalıdır. Müqəssir cahilə edilən əmr be məruf metod baxımından olduqca mürəkkəb bir işdir.
    Əmr be mərufun təlim qisminin başqa bir halı da budur ki, bir nəfər öz xəyalında hökmü bildiyini və onun yerinə yetirilməsi qaydalarına da düzgün əməl etdiyini düşünür. Amma həqiqətdə səhv edir. Məsələn, fərdi məsələlərdə bəzi adamlar namazda qiraətləri səhv olduğu halda, onun düzgün olduğunu güman edirlər. Və ya bir başqası ictimai vəzifəsinə düzgün əməl etdiyini güman edir, halbuki səhv yoldadır. Məsələn, götürək üzərində bəhs etdiyimiz əmr be məruf vəzifəsinə necə ynaşılmasına. 
    Yaxşı xatırlayıram, şah zamanında cəmiyyətin dini, ictimai, mədəni baxışları bu günkündən çox fərqlənirdi. Yadıma bəzi şeylər düşür ki, əlbəttə buna oxşar hadisələri indinin özündə də müşahidə etmək olar. Bəzi adamlar əmr be məruf etdiklərini düşünərək, başqalarına çox acıqla, üz-gözlərini turşudaraq, əsəbi halda yanaşır, bəzən hətta təhqir və söyüşlə pis əməl sahiblərini tutduqları pis yoldan çəkindirməyə çalışırdılar. Bu zavallı, öz vəzifəsinə düzgün əməl etdiyini güman edir, halbuki bilmədən əmr be məruf kimi vacib təklifi yerinə yetirməklə yanaşı, həm də günaha batır. Bu iş mömini alçaltmaq, təhqir etmək sayıldığı üçün haram hesab edilir, hətta həmin mömin şəxs günahkar olsa belə. Belə bir vəziyyətdə - həmin şəxs cəhl- mürəkkəbdədir – deyirlər. Yəni, öz vəzifəsini bilmir və bu məlumatsızlığından da xəbəri yoxdur, şəri hökmləri bildiyini zənn edir. Beləsinin tədrisə ehtiyacı var. Lakin bu cür adamın maarifləndirilməsi yolu, əvvəldə söylədiyimiz iki metoddan daha mürəkkəbdir. Belə şəxslərlə incəliklə, mülayimliklə davranmaq lazımdır ki, qarşı tərəf bu kimi işlərə özündə hazırlıq və maraq hissi etsin. Öncə ehtimal versin ki, səhv etmişdir. Çünki, bizim fərz etdiyimiz məsələdə öz vəzifəsinə düzgün əməl etdiyini zənn edir. Bu səbəbdən əvvəlcədən elə bir iş görülməlidir ki, həmin adam vəzifəsini yerinə yetirdiyi zaman səhvə yol verdiyini ehtimal edə bilsin. Sonra düzgün yolu ona başa salıb, öyrətmək olar.
    Hamınız eşitmiş olarsınız. İmam Həsən (ə) və imam Hüseyn (ə) haqqında belə rəvayət edirlər ki, uşaqlıq dövründə qoca bir kişinin düzgün dəstəmaz almadığını müşahidə edirlər. Dəstəmazın düzgün yolunu ona demək istəyirlər. Amma görürlər ki, bu adam yaşlıdır və ona nə isə birbaşa bir şey öyrətmək nəzakətdən kənardır. İslamda ədəb qaydaları vardır; ona əsasən yaşlılara başqalarından daha artıq ehtiram göstərilməlidir. Hər iki qardaş qocanın yanına gedib salam verirlər. Deyirlər: "Biz iki qardaşıq və dəstəmaz almaq istəyirik. Siz baxın görün bizlərdən hansı birimiz daha düzgün dəstəmaz alır.” İmamların qocaya yanaşma üsuluna diqqət yetirin. Əstəğfirullah, kobudluq edərək demirlər, sənin aldığın dəstəmaz səhvdir, niyə bu vaxta qədər öyrənməmisən? Ona ehtiram göstərib, salam verirlər. Sonra deyirlər ki, biz dəstəmaz alaq, siz baxın görün hansımız daha yaxşı dəstəmaz alır. Qoca dayanıb baxır. Yaşlı kişi onların dəstəmazını müşahidə etdikdə, özünün səhv dəstəmaz aldığını başa düşür. Başa düşür ki, onlar bu yolla ona dəstəmazın düzgün qaydasını öyrətmək istəyirlər. Qoca hər iki qardaşa deyir: "Əhsən, siz hər ikiniz çox yaxşı dəstəmaz alırsınız, deyəsən səhv eləyən elə mən özüməm.”
    Hər üç məsələnin – qasir, müqəssir və mürəkkəb cahilin təlimə ehtiyacı var. Onlara bu məsələləri öyrtmək lazımdır. Amma təlimin metodları bu üç növə aid olan insanların cinsi, yaşı, istedadı, yaşadıqları ictimai mühit və s. təsiredici amilləri nəzərə alınmaqla tətbiq edilməlidir. Əks təqdirdə, əmr be məruf işində müvəfəqiyyət əldə edilməyəcəkdir. 
    İslami cəmiyyətdə bu işi öhdəsinə götürmüş xüsusi adamlar və ya orqanlar olmalıdır ki, təlimi münasib metodlarla apara bilsinlər. İşarə edilən məsələlərin hər biri mühit və şəraitə görə fərq edir. Təlim-tərbiyə işini kim aparmalıdır? Kimlərə təlim-tərbiyə edilməlidir? Bu orqanların məsul şəxsləri kimlər olmalıdır? Hansı üsullarla və necə icra edilməlidir? 
    Hər hansı təşkilat bu işi boynuna götürərsə, bütün deyilən şəraitə riayət etməli, təlim-tərbiyədə hərtərəfli və ümumi bir metod seçməlidir. Bütün bu işlərdən məqsəd öyrənməkdir. Yol düzgün seçilərsə, öyrənən də düzgün öyrənəcəkdir. Hədəf cahilin təlimidir. Yoxsa, insanın bir sözü deyib, höccəti tamamlamaqla işi bitmir. Bunların hər üç qismi əmr be məruf və nəhy əz münkərdir ki, hər üçünün də adı "cahilin təlimi” adlanır. Qasir cahil, müqəssir cahil, mürəkkəb cahil barəsində kəskin, sərt rəftardan, fiziki təzyiqlərdən istifadə etməyə ehtiyac yoxdur. Belə məsələlərdə cahilə kömək göstərib təlim-tərbiyə verilməli və metodoloji qaydalara düzgün riayət edilməlidir. 

    Kitabın adı: Kərbəlada çaxan bir şimşək
    Müəllif: Doktor Mishab Yəzdi


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 7 Aralık 2014 19:51 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.ƏHƏMİYYƏTLİDİR
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 6 Aralık 2014 18:39 | İstifadəçi | Şərh yazdı
    Allah bizleri islah etsin insallah.Terbiyye insanin heyatinda en baslica yerde durur.
    Terbiyyesiz insan her pisliyi ede biler.Allah razi olsun bacim.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.