Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Uşağın təlim və tərbiyəsi
Ləyaqəli, yaxud fəsadlı insan tərbiyəsi
Nəzərə almalıyıq ki, bütün uşaqlar pak və kamilliyə can atan fitrət əsasında doğulurlar. Onları uğurlu və ləyaqətli, yaxud ümidsiz və fəsadlı insanlara çevirən ailə və cəmiyyətin verdiyi tərbiyədir. Bu baxımdan, dünyada bütün öhdəlikli təlim-tərbiyə işçiləri bacarıqlı, normal və qüsursuz nəsillər tərbiyə edərək ləyaqətli insan kapitalına malik aydın gələcəyi təmin edə bilərlər.
Ailənin və cəmiyyətin uyğun və təsirli rolu
Ailə və cəmiyyət bir-birinə uyğun təsirli tərbiyə qurumları kimi məktəbdən öncə uşağın ictimailəşməsi sahəsində - faydalı və qurucu adət-ənənələri qəbul etməsində və yaxşı əxlaqın formalaşmasında öz rollarını ifa etməlidirlər. Bu mühüm vəzifələri təkcə tərbiyəçi və müəllimlərə tapşırmasınlar.
Uşaqların tərbiyəsi və ən dəyərli kapital
Uşaq məsələsi mühüm məsələdir. Uşağın tərbiyəsi, təhsili və əxlaqı gələcəyin ən dəyərli kapitalını təmin edən amillərdir və uşaqların sağlamlığı bu kapitalın xalqın gələcəyi üçün yaşamasına bais olur.
Uşağın sağlamlığını və paklığını qorumaq
Mənim fikrimcə, biz uşağı fitrətən istedadlı və pak bilməli, bütün səyimizi onun sağlamlığının və paklığının qorunmasına yönəltməliyik.
Uşaq üçün ata və ananın varlığı
Əvvəlcə övladda valideynlərin varlığı hissini yaratmaq lazımdır. Bu hissə malik bir uşağın inkişafı və tərbiyəsi ondan məhrum olan uşaqdan tam fərqli olacaq. İlham mənbəyi kimi ata və ananın varlığını hiss etmək uşaq üçün mühüm məsələdir.
Sağlam təlim-tərbiyənin təsiri
Şübhəsiz, faydalı və sağlam təlim-tərbiyə münasib inkişaf şəraitində uşağın fitrət lövhəsinə gözəl naxış çəkib onun təkamül şəraitini hazırlaya və bu yolla xalqları aydın gələcəklə təmin edə bilər.
Uşaqların əxlaqi tərbiyəsinin əhəmiyyəti
Uşaq və yeniyetmələrin əxlaqi tərbiyəsi bütün ölkə və cəmiyyətlər üçün həqiqətən, əhəmiyyətlidir, bizim üçün isə daha böyük əhəmiyyətə malikdir. Çünki İslam cəmiyyəti, yəni İslam təfəkkürü və hökmləri əsasında qurulan cəmiyyət öhdəsinə digər cəmiyyətlərdən daha böyük missiya götürmüşdür.
Uşağın kamillik axtaran
xislətini formalaşdırmaq
Uşaqların tərbiyəsinin zəruriliyinə, onların ailə və cəmiyyətdə mental, emosional və ictimai inkişafı üçün münasib maddi, psixoloji və mədəni şərait yaratmağın vacibliyinə heç kəs şübhə etmir. Mübahisəli və çox diqqətə ehtiyacı olan məsələ bu danılmaz prinsiplərin icra növü, uşağın kamilliyə can atan təbiətini formalaşdırmaq, aktivliyini, möhkəmliyini, psixoloji və mənəvi sağlamlığını təmin etmək üçün inkişaf maneələrini ortadan götürməyin yollarıdır. Bu hər bir cəmiyyətdə nəinki təlim-tərbiyə üzrə məsul şəxslərin və ekspertlərin, hətta hər bir dövlətin yüksək məmurlarının da ən mühüm vəzifələrindəndir.
Kitabın adı : Uşaq,yeniyetmə və gənc
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |