» » Əmr be məruf və nəhy əz münkər (1)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əmr be məruf və nəhy əz münkər (1)
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 1-12-2014, 18:00 | Baxılıb: 1 254
     

     Əmr be məruf və nəhy əz münkər (1)

    Əmr be mərufu tərk etməyin aqibətinə aid başqa nümunələr;
    Əmr be məruf və nəhy əz münkərin məna genişliyi;
    Cihad kəlməsinin məna genişliyi.
    Keçən bəhslərimizdə, ayələrdə və rəvayətlərdə göstərilmiş əmr be məruf və nəhy əz münkər məfhumu ilə tanış olmaq üçün bir neçə rəvayət qiraət etdim. Əmr be məruf və nəhy əz münkər məfhumları ilə az da olsa, tanış olmağımızı nəzərə alaraq, bəhsin davamını nisbətən təhlili şəkildə davam etdirmək istərdim. Mümkündür, bu cür bəhslər bəziləri üçün nisbətən ağır olsun, amma çalışacağam məsələləri aydın və izahlı şəkildə çatdırım. Əgər hərdən bəzi elmi terminlərdən istifadə etməli olsam, məni üzürlü hesab edin.
    Bilirik ki, əmr be məruf və nəhy əz münkər risalələrdə ümumi təklif kimi göstərilmişdir və hökmləri izah edən şəxslər bunu məclislərdə açıqlayarkən, onun şərtlərini və yerlərini də zikr edirlər. Bu şərtlərə və mərhələlərə əsasən belə bir sual verilir ki, İmam Hüseynin (ə) atdığı addım hansı növ əmr be məruf idi? Bu hərəkətin bizim başa düşdüyümüz əmr be mərufa oxşarlığı vardırmı?
    Əməli risalələrdə göstərilən qaydalara əsasən, əgər əmr be məruf zərərə və hətta zərər qorxusuna səbəb ola bilərsə, təklif insanın boynundan götürülür. Amma İmam Hüseyn (ə) atdığı bu addımın onun zərərinə başa gələcəyinə yəqini olduğu halda bu işi görür. Bu necə əmr be mərufdur? Əmr be mərufun rəvayətlərdə nəzərdə tutulan məfhumunu və təcrübədə tətbiqini nəzərə alaraq, diqqət edilməlidir ki, əmr be məruf digərlərini yaxşı işlər görməyə vadar etmək deməkdir. Əgər həmin yaxşı işin görülməsi vacib əməllərdən sayılarsa, ona əmr etmək də vacib sayılır, əgər müstəhəb olarsa, onun əmri də müstəhəb sayılacaqdır. Amma əmr be məruf şəri "vacib” olması baxımından ancaq "vacib təkliflər” barəsindədir. Yəni digərlərini öz vacib əməllərini əncam verməsinə vadar etmək. Vadarın da dərəcələri vardır. Əgər bir nəfəri hansısa işi görməyə vadar etmək istəsəniz, bu işi müxtəlif mərhələlərdə görməlisiniz. Daha çox üzləşəcəyiniz şəxslər mümkündür yeniyetmələr olsun. O kəslər ki, həddi-büluğ yaşına təzəcə qədəm qoyublar. Siz əmr be məruf etmək məqsədi ilə təzə təklif həddinə qədəm qoymuş və hələ namaz qılmağı doğru-düzgün öyrənməyən bir yeniyetməyə namaz qılmağı öyrətmək istəyirsiiz. Bu növ əmr be mərufa "cahilin təlimi” deyilir. Amma həmin yeniyetmə namazını öyrənəndən sonra, hərdən namazında süstlük, tənbəllik etsə, məsələn bəzi vaxtlar namazını qəzaya versə, səhərlər gec dursa, siz onu təşviq edib, ruhlandırmalısınız ki, namazını vaxtında qılsın. Bu da əmr be mərufun başqa bir növüdür. Deməli, əmr be mərufun iki aydın nümunəsi vardır. Birincisi, elmi olmayan adamın qarşısındadır ki, siz bu yerdə ona öyrətməlisiniz. Öyrədəcəyiniz adamın təklifini bilib-bilməməsi, icrasını bacarıb-bacarmaması arasında fərq yoxdur. Bu cür şəri məsələ və hökmün təlim–tərbiyəsi əmr be mərufun digər bir növü sayılır. Amma əmr be məruf istilahi mənasında təkcə cahilin təliminə şamil olmur. Əgər cahilin təlimi geniş vüsət taparsa, bu genişliyi əmr be məruf üçün meyar qərar verirlər. Yəni, həmin meyar xatirinə Allah–taala bir növ elmi olmayan adama təlim verməyi də vacibi əmr be məruflardan hesab etmişdir. Əlbəttə, əmr be mərufun əsil məfhumu bu deyil. 
    Başqa bir tərəfdən də namaz qılmaq bəzi cəmiyyətlərdə yüksək insani dəyərlərdən sayılır və onun tərki böyük günahlardan, mənfi insani keyfiyyətlərdən hesab olunur. Belə şəraitdə əgər bir nəfərə "binamaz” desələr, ona pis təsir bağışlayar. 
    Mənim yaxşı yadıma gəlir, uşaqlıq vaxtlarımda o zamanın ən qatı söyüşlərindən biri camaat arasında həmin bu söz idi. Deyirlər: "Filankəs binamazdır (yəni namaz əhli deyildir). İnanın ki, bu söz o zaman hər bir cinayətdən də pis sayılırdı. Necə ki, indi bir adama "biqeyrət”, "bişərəf” desələr, özünə bu sözü ən ağır təhqir hesab edər. Hərdən cəmiyyətin şəraiti belə olur. Əgər bir nəfərə desələr, namaz qılmayıbdır, başını aşağı salıb, xəcalət təri tökər ki, niyə namaz qılmadığımı başa düşdülər. Əgər ona bu sözü desələr, üzürxahlıq edib, deyər: "Bağışlayın, yadımdan çıxıb.” Və ya başqa bir üzr gətirər. Nəticədə, sizin sözünüz ona təsir qoyub, nəsihət olunmasına səbəb olar. Rəvayətdə belə deyilir:
    Bəzən möminə əmr be məruf olunur və o da mütəəssir olub nəsihəti qəbul edir; bəzən cəhalət üzündən öz vəzifəsini bilmir. Əgər ona deyilsə, öyrənər. Amma hərdən də bəzi qeyri-islami cəmiyyətlərdə fəza, şərait, cəmiyyətə hakim kəsilən mədəniyyət və dəyərlər tamam başqa cürdür. İcrasına dəvət etmək istədiyiniz vacib əməl həmin cəmiyyətdə dəyər hesab edilmir. Həmin əməlin tərki də eyib, mənfi insani keyfiyyət sayılmır. Şərait elə olub ki, əgər bir nəfərə desək ki, niyə bu işi görürsən, o saat başını qaldırıb deyər: "Ürəyim belə istəyir, sənə nə? Başqasının işlərinə müdaxilə etmə!” Deyirsən, axı ayıbdır, gedən var, görən var, günahdır, camaat dinc yaşamaları üçün qan töküb, zəhmət çəkiblər, sənin kimi cavanlar vətən yolunda canını qoyub, şəhid olublar. Cavab verir: "Şəhid olmayaydılar! Onlardan xahiş edən olmuşdu ki, bu işi görsünlər?” Bir az da israr etsən, söyüb təhqir edər. Artıq şərait o yerə gəlib çıxıb ki, islamla müxalifətçilik etmək eyib sayılmır. İslami dəyərlərlə açıq-aşkar müxalif olduqlarını bildirirlər.
    İmam Hüseynin (ə) zamanında da cəmiyyətdə hakim olan şərait bu cür idi. İslamın qəti hökmləri tərk olunmuşdu, ilahi qayda-qanunlar icra edilmirdi. Xilafətə namizəd olan adamın özü şərabxorluqda, qumarbazlıqda ad çıxarmışdı. Müaviyə oğlu Yezid peyğəmbər xəlifəsi kimi təbliğ edilib tanıtdırılırdı. Yəni, o, peyğəmbərdən (s) sonra İslam cəmiyyətinin ikinci şəxsiyyəti kimi təqdim olunurdu. Camaat hamısı onun yüngül əxlaqlı bir şəxs olmasını bilirdi, eyş-işrət düşkünlüyündən xəbərdar idi. Söhbət bir-iki dəfədən getmir. O, bu adla məşhurlaşmışdı. İslam qanunları biri digərindən sonra inkar olunurdu və onunla açıq-aşkar müxalifətçilik edilirdi. Müsəlmanların qanının axıdılması adi bir iş olmuşdu. Əgər bir nəfər hökumətlə müxalifətçilik edirdisə, rahatlıqla onu aradan götürürdülər. Ölkəni başdan-başa fitnə-fəsad bürümüşdü. Belə şəraitdə İmam Hüseyn (ə) camaat arasına gəlib desəydi ki, camaat, zəkat verin, Allahın qanunlarına əməl edin, şərab içməyin, bu sözlərin günahda şöhrət tapmış adama nə təsiri olacaqdı? Camaat bilə-bilə günahda, əxlaqsızlıqda ad çıxarmış bir adama beyət etmişdilər. Təkcə içkili olub, qumar oynamağı deyildi. Yezid, indi bizim İslami cəmiyyətdə təzə-təzə mod olan meymunbazlıq, itbazlıq kimi yüngül hərəkətlər sahibi idi. Bir anlığa təsəvvür edin ki, insanlıqdan uzaq olan alçaq bir insan peyğəmbərin yerində oturmaq istəyirdi. Öz əmrlərini də peyğəmbərin əmrləri kimi itaəti vacib olan hökm sanırdı. Elə bunun üçün də Həzrət (ə) buyururdu:
    Müaviyə hökumətinin axır illərində İslamın zahirindən başqa bir şey qalmamışdı, amma hər necə olsa, camaat açıq-aşkaa fəsad işlər görmürdü ki, digərləri də baxıb o yola düşsünlər. Bir nəfər şərabxor insan müsəlmanların xəlifəsi olarsa, həmin adam şərab içənlərlə mübarizə apararaq, ilahi hökmlərin icrasına əmr edərmi? 
    Yaxşı, belə bir vəziyyətdə bir nəfər əmr be məruf etmək istəsə, nə etməlidir? Qeyd etməliyik ki, hər hansı bir cəmiyyətdə günah iş rəvac taparsa, bütün insanlar məsuliyyət daşıyır. Çünki, əmr be məruf şəri baxımdan vacibi-kifayi sayılan bir əmrdir. Yəni, əgər on nəfər günah iş baş verdiyini görərsə, bu on nəfərin hamısı onun qarşısını almaqda məsuliyyət daşıyır. Və əgər on nəfərdən biri əmr be məruf etsə, digərlərinin üzərindən təklif götürülmüş olur. Amma heç biri bu işi görməsə, on nəfərin hamısı məsuliyyət daşıyır. Bu məsələnin mənası budur ki, cəmiyyətdə böyük günahlardan hər hansı biri açıq şəkildə baş verirsə, bundan xəbəri olan şəxslər əmr be məruf etməyə mükəlləfdirlər. Və əgər bu işi görməsələr, onların hamısı cəhənnəmlikdir.

    Kitabın adı: Kərbəlada çaxan bir şimşək
    Müəllif: Doktor Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 2 Aralık 2014 12:01 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razı olsun bacım.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Agazade Esmer | Status: İstifadəçi Offline | 2 Aralık 2014 00:20 | İstifadəçi | Şərh yazdı
    Allah zehmetinizi itirmesin
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.