» » Əmr be məruf və nəhy əz münkərin məna genişliyi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əmr be məruf və nəhy əz münkərin məna genişliyi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 3-12-2014, 18:00 | Baxılıb: 1 309
     

    Əmr be məruf və nəhy əz münkərin məna genişliyi

    Allah-taala belə bir ictimai məsuliyyətə çox yüksək dəyər verir. Ötən bəhsimizdə əmr be məruf və nəhy əz münkərin əhəmiyyətini göstərən bir neçə rəvayət zikr etmişdik. İndi isə - əmr be məruf bir yerdə təsir göstərməsə, həmin işdə əmr be məruf və nəhy əz münkər etmək lazımdır, ya yox? - sualına cavab verməklə, söhbətimizi davam etdirməyə çalışacağıq.
    Bunun ən pis forması isə haqq sözü qəbul etməmələri ilə yanaşı, düşmənçilik də etmələri idi. Əmr be məruf edənə əziyyət edir, vurur, hətta öldürürlər də. İndi əmr be məruf edəni öldürən şəxslərlə necə davranmalıyıq? Əgər yadınızdadırsa, bir qədər əvvəl söylədiyim rəvayətlərdə bu cür adamların təklifi çox aydın verilmişdi. Orada, əgər iş gəlib bu yerə çıxarsa, onlarla cihad etmək lazım olduğu göstərilmişdi.
    Yəqin ki, bu mətləbi nə üçün söylədiyimi başa düşürsünüz. Bunları ona görə xatırladıram ki, bir tərəfdən əmr be mərufun məna genişliyi o qədər əhatəli olur ki, cahil adamın təliminə də şamil olur. Siz əgər öz övladınıza namazı öyrətmək istəsəniz, bu işiniz cahilin təlimi ilə, əmr be mərufun əhatə dairəsinə aid olur. Baxmayaraq ki, bu məsələ də əmr be məruf sayılır. Göstərilir ki, bunun özü də bir növ əmr be məruf sayılır. Rəvayətlərdə göstərilən moizə və nəsihət etmək, mülayim rəftar, şirin dil həmin məsələnin bariz nümunələrindəndir. Ayələrə diqqət etdikdə də eyni nəticəyə gəlmək olur. Düzdür ki, bəzi fəqihlər buyururlar: "Əmr be məruf xahiş və təmənna kimi deyil, əmr formasında deyilməlidir.” Başqa bir tərəfdən də bu işin əhatə dairəsi o qədər genişlənir ki, cihad etməyin özü belə, əmr be mərufun əhatə dairəsinə şamil olur. Ruhani alimlərin diqqət yetirmələri üçün bu məsələni də xatırladım ki, əvvəllər əksər hədis kitabları arasında əmr be məruf adlı bir bölmə olmayıb. "Əl-cihad” kitabı olub ki, onun sonunda sadəcə "Əmr be məruf və nəhy əz münkər” adlı fəsil gətirilib. Şeyx Tusinin «Təhzibül-üsul» kitabı həmin nümunələrdəndir. Fəqət cihad bəhsinin axırında son bab olaraq «əmr be məruf» da göstərilmişdir. Yəni, əmr be mərufun məfhumu iki cür anlaşılır. Biri həmin risalələrdə göstərilən xüsusi istilahi anlamdır. Bu mənada əmr be məruf cihada aid edilmir. Çünki, zərər qorxusu olmayacaq cihadımız yoxdur. Bir yerdə ki, insan qılınc çəkib, qan tökəcək, başqa təbirlə desək, "ölüb-öldürəcək”, nə mənası vardır ki, deyilsin: "O vaxt cihad edə bilərsən ki, sənə zərər qorxusu olmasın.” Müharibədə insana halva-çörək paylamırlar ki! Ümümiyyətlə, cihad, zərər ehtimalı, bəlkə də zərərinə yüz faiz yəqini olan bir məsələdir. Deməli, cihadın nümunəsi olduğu əmr be mərufun bir növü də o yerdədir ki, nəinki orada zərər ehtimalı var, bəlkə də bu zərərin olmasına qəti yəqinlik də var.
    Bu məsələnin başqa bir nümunəsi də var ki, orada artıq məsələnin əmr be mərufa şamil olub-olmamasında ixtilaf vardır. Fəqihlər arasında bəhs olunur ki, cahilin təlimi əmr be mərufun əsas hissələrindəndir və ya başqa müstəqil bir babdır. Bəzi fəqihlər "Yədunə iləl xəyri və yəmrunə bil mərufi” ayəsindəki cümlənin birinci hissəsini xeyir işə dəvət hesab edib, cahilin təlimi məsələsinə də şamil edirlər. Deməli, əmr be mərufun bir mənası çox aydındır və bunu hamı başa düşür. Belə əmr be məruf adi işlərə şamil olur.
    İslami dəyərlərin hakim olduğu cəmiyyətlərdə hökumət iqtidar sahibidir və əgər birinə - niyə bu pis işi görürsən? - deyə müraciət olunsa, həmin adam xəcalət çəkib, başını aşağı salar və ya üzürxahlıq edər, ya onu təqsirləndirən şəxsin səhv iddiada olduğunu söyləyər. Belə bir şəraiti olan islami cəmiyyətdə əmr be məruf həmin adi əmr be mərufdur. Amma əmr be mərufun digər dərəcələri bu cür deyildir.
    Keçən bəhslərimizdə işarə edib demişdik ki, heç olmasa bizim əsrimizdə İmam Xomeyni (r) kimi bir şəxsiyyət çox cəsarətlə bildirmişdi ki, əmr be məruf və nəhy əz münkərin bəzi məsələlərində təqiyyə etmək cayiz deyil; hətta bu iş təhlükəyə gətirib çıxarsa belə. Belə anlarda işin nəticəsinin nə ilə qurtarmasından asılı olmayaraq, əmr be məruf edilməlidir. Hətta bu iş yüz min nəfərin həyatına son qoysa belə. Əgər əmr be mərufu ümumi mənada götürsək, bir tərəfdən cahilin təliminə şamil olacaq, digər tərəfdən də axırıncı mərhələyə, yəni cihada qədər çatacaqdır. Çünki, cihad Allah qanunlarının üstünlüyünü həyata keçirmək üçündür.
    Əgər İmam Hüseyn (ə) - mən əmr be məruf və nəhy əz münkər etmək istəyirəm – deyə buyurursa, nəzərində bizim düşündüyümüz əmr be mərufun məhdud mənasını tutmur. Nəzərdə tutduğu məsələ, əmr be mərufun ümumi mənasıdır. Deməli, əmr be məruf və nəhy əz münkərin iki istilahi mənası var. Biri xüsusi istilah olub, bizim risalələrdə rastlaşdığımız mənasıdır. Bu mənada əmr be məruf adi məsələ və şəraiti nəzərdə tutur. İstisnai hallarda, mühüm işlərdə əmr be məruf digər ümumi mənaya aid edilir və biz əmr be mərufun başqa sahələrində belə bir şəraitlə üzləşirik. İndi burada belə bir sual qarşıya çıxır ki, İmam Hüseyni (ə) ölüm ayağına qədər aparan əmr be məruf hansı növ əmr be məruf idi? Xüsusilə də bəziləri bu əqidədədirlər ki, İmam öldürüləcəyini yəqin bilirdi. Biz də imamın öz aqibətinin nə ilə qurtaracağını bildiyinə, bu işdən əvvəlcədən xəbərdar olduğuna inanırıq. Əlbəttə, hal-hazırda bu məsələ ətrafında söhbət aparmaq istəmirik, amma yəqinimiz var ki, İmam Hüseyn (ə) Kərbəlada öldürüləcəyini əvvəlcədən bilirdi. Əgər o həzrət bu işdən xəbərdar olmasaydı belə, ən azından belə bir ehtimalı verə bilərdi. Bir sıra adamlar ona nəsihət edib İraqa getməsinə mane olmaq istəmişdilər. Deyirdilər: ”İraqa getmə! Kufə əhalisinin atanın və qardaşının başına nə oyun açdığını bilmirsənmi?! Getsən həlak olacaqsan!” İmam (ə) cavab verirdi: "Allah hamınızdan razı olsun ki, mənə ürəyiniz yanır, nəsihət edirsiniz, amma mənim üzərimdə əməl etməli olacağım bir vəzifə var.” Ətrafdakı adamlar belə bir şeyi başa düşürdülərsə, İmamın özü belə bir ehtimal verə bilməzdimi?! Bu söz heç də inandırıcı deyildir. Deməli, qəti olaraq can və malının təhlükəyə düşəcəyini bilməsə də, ən azından belə bir ehtimalı verə bilərdi. Bəs bu necə əmr be məruf idi? Cavabı budur ki, əmr be mərufun bu növü ümumi mənaya aid olub, bizim başa düşdüyümüz xüsusi mənadan fərqlənmişdir.

    Kitabın adı: Kərbəlada çaxan bir şimşək
    Müəllif: Doktor Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 4 Aralık 2014 00:19 | İstifadəçi | Şərh yazdı
    Allah sizlere yar olsun inşallah.Allah sonsuz razi olsun .Amin Ya Rebbel Alemin.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.