» » Dini təlim-tərbiyə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dini təlim-tərbiyə
    +5
    Müəllif: Yusifi Zehra | 11-01-2015, 13:00 | Baxılıb: 1 181
     
     
    Dini təlim-tərbiyə

    Övladların dini təlim-tərbiyəsi ataların övlad qarşısında olan vacib borclarından və övladın ata üzərindəki hüququ sayılır. Əgər valideyn, yaxud uşağı qəyyumu bu böyük və ilahi vəzifəni yerinə yetirsələr, özlərinin və övladlarının səadətini təmin edər, üstəlik cəmiyyətin xoşbəxtliyi və islahı yolunda çox müsbət və təsirli addım atmış olar. Çünki ölkə daxilində və ya dünya səviyyəsində olan cəmiyyətlər məhz bu cavan sinifdən təşkil olunmuşdur. Sağlam ailə və dini tərbiyədən məhrum olan övladlar əksər hallarda sair insanlara əziyyət verən ünsür, cəmiyyətdə bir növ mikrob sayılır və xüsusilə cavan, pak nəsilləri fəsada, pozğunçuluğu çəkirlər. Hətta demək olar ki, bu kimi şəxslərin vurduğu ziyan və xəsarətləri heç vaxt bərpa oluna bilməz. Buna əsasən, dindar və Allaha inanan cavanlar gərək bu kimi şəxslərlə ünsiyyətdə olmaqdan çəkinsinlər. Çünki həqiqətdə bu kimi insanların törədə biləcəyi xətərlər kütləvi qırğın silahlarından da təhlükəlidir. Çünki Allahdan xəbərsiz olan bu şəxslər insanların bədən və canlarına rəhm etməməklə yanaşı, üstəlik insanlıq şərafəti, əxlaqi fəzilətlər və camaatın heysiyyəti bu kimi divsifət insanların vasitəsi ilə uçuruma doğru sürüklənir. Hansı ata-ana öz övladını istəməz? "örəsən narkotik maddələrə adət etmək ərəfəsində, uçurumunda olan bir övlad insanlıq dəyərlərindən bəhrələnirmi? Əlinə silah alaraq insanların evlərində, cəmiyyətdə əmin-amanlığı pozan bir cavanı insan saymaq olarmı? Beynində yüzlərlə şeytani, fitnəçi fikirlər olan, ailələrin, camaatın namusunu fəsada çəkən fərdlərin insanlıq şərafəti varmı? Burunlarına dindarlıq iyi dəyməyən, azacıq əqidəvi agahlığı olmayan, heç bir qorxusu olmadan böyük şəxsiyyətlərə qarşı sui-qəsd edənlərə insan demək olarmı?Deməli əxlaqi süqut, mənəvi uçurum tələləri qarşısında müqavimət göstərərək diqqətli olmaq lazımdır. Hörmətli valideynlərin övladların düzgün dini təlim-tərbiyəsi yolundakı məsuliyyətləri çox ağırdır və tam layiqli şəkildə bu vəzifəni yerinə yetirməlidirlər. İndi isə sizin diqqətinizi bu məsələ ilə əlaqədar bir neçə hədisə yönəldirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Axirəzzamanda dünyaya gələn övladlara ataları tərəfindən vay olsun! Çünki ataları onlara, vacibatdan heç nə öyrətməzlər.”
    Soruşdular ki, ya Rəsuləllah, o atalar kafir və ya müşrik olarlarmı? Həzrət buyurdu: "Yox, onların ataları mömindirlər, amma öz övladlarına dini məsələləri öyrətmirlər. Əgər övladların özləri bu məsələləri öyrənmək istəsələr, ataları bu işə mane olub qabağını alar. Mən o (atalar)-dan bizaram, onlar da məndən uzaqdırlar.”
    İmam Sadiq (əleyhissalam) buyurur "Qoy övladın yeddi yaşına qədər oynasın, ikinci yeddi ildə onu yaxşı-yaxşı tərbiyə et, üçüncü yeddi ildə övladından uzaqlaşma.”
    Bu hədisin oxşarı əvvəldə də qeyd olunmuşdu. Bu göstərir ki, ibtidai dövrlərdə övladın təlim-tərbiyəsində onlarla həmahəng olub onlarla oynamaqla müyəssər ola bilər. Sonra onların təlim-tərbiyələri yolunda ciddi səy göstərilməlidir. Və bu dövrdə həssas olan şey övladların həddi-büluğa çatmaları məsələləridir ki, düşmənlər bu mərhələdə pak övladları tələyə salıb yoldan azdırırlar. Ata-analar övladlara bu yaş çağlarında daha artıq nəzarət etməlidirlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Öladlarınıza hörmət edin və ədəblərinizi gözəlləşdirin.”
    Həzrət bu hədisdə göstəriş verir ki, valideyn övlada qarşı məhəbbət və nəvaziş etməklə yanaşı, özü də əməldə, rəftarda, sair yönlərdə ədəbli olmalı, öz yaxşılıqlarını əməli olaraq həyata keçirməklə övladlarını tərbiyələndirməlidirlər. Çünki layiqli övladlar yalnız İslam qanunlarına riayət edən layiqli valideynlər olduqda mümkündür. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Yalan–istər ciddi olsun, istərsə də zarafatyana, caiz deyildir. Həmçinin caiz deyil ki, sizlərdən biri öz övladına vədə verib onu yerinə yetirməsin.”
    Şəkksiz zarafat üzündən olan yalanlar böyük və ciddi yalanlara cürət tapmağa səbəb olur və bu, böyük yalanların müqəddiməsidir. Məhz buna görə də caiz deyildir. Bu cür yalanlar və vədəyə xilaf çıxmalar, xüsusilə övladlara qarşı, onların təlim-tərbiyəsində mənfi təsir qoyaraq azğınlığa düçar olmasına səbəb olur, onların pak fitrətlərini sarsıldır, bu da övladın tərbiyəsində xəyanət hesab olunur. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Həqiqətən insanlar gözəl ədəbə, qızıl və gümüşə olan ehtiyaclarından daha çox ehtiyaclıdırlar.”
    Həzrət başqa bir hədisdə övladların ədəbli tərbiyə olunması barədə buyurur: "Atanın övlada etdiyi ən yaxşı bəxşiş, düzgün tərbiyəsidir və heç nə ona çata bilməz.”
    Bundan əvvəlki hədisin yalnız tərbiyənin səhih bir ictimai yönünü təcəssüm etdirməsinə baxmayaraq onun kamil nümunəsi cavanlar və yeniyetmələrdir. Bu hədisdə də Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) övladların ata tərəfindən gözəl tərbiyəsini ən gözəl hədiyyə və bəxşiş kimi təqdim edir. 
    İmam Sadiq (əleyhissalam) xatırladır ki: "Nə qədər ki, müxaliflər və əcnəbilər övladlarınızı yollarından azdırmayıb, onlara islami məsələləri öyrədin.”
    Tarixdə var ki, bir nəfər öz övladı ilə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in hüzuruna gəlib ərz etdi: "Ey Peyğəmbər, bu övladımın qarşısında olan borcum nədən ibarətdir?” Həzrət buyurdu: "Ona gözəl ad qoyub yaxşı ədəb verəsən, onun üçün yaxşı həyat yoldaşı seçəsən.”
    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) yenə buyurur: Uşaqları sevin və onlara rəhm edin. Onlara bir şey vədə versəniz, öz vədənizə əməl edin.”
    Bu hədislərdən belə nəticə alırıq ki, övladların düzgün tərbiyəsi ictimaiyyətin ən zəruri ehtiyaclarından biridir. Əgər bu məsələyə diqqət yetirilməzsə, ictimaiyyətin, ailənin və fərdin həqiqəti, şərafəti təhlükə ilə qarşılaşacaq. Valideynlər bu barədə ağır məsuliyyətləri vardır, azacıq diqqətsizlik, səhlənkarlıq və ya etinasızlıq onların əziz sərmayələrini məhv edib puça çıxara bilər.
     
    Kitabın adı: İslamda evlənmə və ailə hüququ - 1

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 12 Ocak 2015 15:03 | Sayt nəzarətçisi | Şərh yazdı
    ÖVLADLARIMIZI ALLAHIN İSTEDİYİ KİMİ TERBİYE ETMEYİ UCA REBBİM NESİB ETSİN HER BİR  VALİDEYİNE AMİN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 11 Ocak 2015 22:50 | İstifadəçi | Şərh yazdı
    Allah bütüm övladları heqiqi yoldan ayırmasın bizimkilerde onların içinde  İnşAllah ,Allah razı olsun  draznilka

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 11 Ocak 2015 19:55 | İstifadəçi | Şərh yazdı
    Allah bütün valideyinlere kömek olsun  övladlarına qeşeng terbiyye versin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 11 Ocak 2015 14:44 | İstifadəçi | Şərh yazdı
    Çox sağ olasan Leyla baci..Senin maraqli xeberinden birinide oxumuş oldum.Allah her birimizə əməli saleh övladlar nəsib etsin inşAllah.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.