Alimlərə ehtiram
İmam Sadiq (əleyhissalam) buyurur:
مَن اَکرَم فَقيها مُسلِماً لَقَی اللّه يَومَ القيامَةِ وَ هُو عَنهُ راضٍ وَمَن اَهانَ فَقيهاً مُسلِماً لَقَی اللّه يَومَ القيامَةِ و هُوَ عَليهِ غَضبان
«Hər kəs müsəlman bir fəqihə ikram (hörmət) eləsə qiyamət günündə Allahın ondan razı olduğu bir şəkildə Onun hüzuruna gedər. Hər kəs müsəlman bir fəqihə hörmətsizlik etsə Allah-taala ilə, Allahın ona qəzəbli olduğu halda görüşər.»
İbrətli nöqtələr:
1. Alimlər xüsusi ilahi hörmətə və ehtirama layiqdirlər, onlara qarşı ehtiramsızlıq və təhqir mütəal Allahın qəzəbinə səbəb olur.
2. Alimlərə hörmətsizlik göstərib onları təhqir edənlər «məğzubun-əleyhim»in nümunələridir və namazda (ğeyril-məğzubi əleyhim... deyərkən) özlərinə ilahi qəzəbdən nicat verə bilməzlər.
3. Mö’min insana bu kimi təhqirlərin təkvini tə’sirləri dünya və axirətdə zahir olur. çünki Allah mö’minlərin başçısıdır, Allah yanında böyük məqama malik olan alimlər xüsusi ehtirama malikdirlər.
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri