Mə’sum imam (ə) tərəfindən tə’yin olunan fəqih və alimlər
Mə’sum imam (ə) tərəfindən tə’yin olunan fəqih və alimlər
İmam Sadiq (əleyhissalam) Ömər ibni Hənzələyə buyurdu:
مَن کَان َمِنکُم مِمَّن قَدرَوَی حَدِيثَنا وَنَظَرَ فِِِی حَلاَلِنَا وَ حَرَامِنَا وَ عَرَفَ أحکَامَنَا فَليَرضَوا بِه حَکَماً فَإنِّی قَد جَعَلتُهُ عَلَيکُم حَاکِماً فَإذَا حَکَمَ بِحُکمِنَا فَلَم يُقبَل مِنه فَإنَّما استَخَفَّ بِحُکمِ اللّه وَ عَلَينَا رَدٌّ وَ الرّادُّ عَلَينَا الرّادُ عَلی اللّه و هُوَ عَلی حَدِّ الشِّرکِ بِاللّهِ
«Sizin (mö’minlərin) aranızda bizim sözlərimizi (və kəlamlarımızı) bəyan edən, bizim halal və haram buyurduqlarımızda dərindən fikirləşən və bizim hökmlərimizi tanıyan şəxs camaat tərəfindən bütün işlərdə hakim kimi qəbul edilməlidir. Həqiqətən mən onu sizə hakim qərar verirəm. O, bizim hökmümüzlə hökm etdiyi vaxt ondan qəbul olunmazsa, Allahın hökmünü kiçik sayaraq bizimlə müxalifət etmiş olurlar, bizimlə müxalifət isə Allahın hökmünü rədd etməkdir və bu da Allaha şərik qoşmaq həddindədir.»
İncə nöqtələr:
1. Allahın haram və halal buyurduqlarında, Mə’sumların (əleyhissalam) hədislərində ictihad mərhəlisinə çatan mütəxəssislər Mə’sum İmam (əleyhissalam) tərəfindən tə’yin edilmişlər.
2. Bu fəqihlərin hökmləri icra olunmalıdır və ona e’tinasız yanaşmaq olmaz.
3. Fəqihlərin tərəfindən verilən hökmlərin rədd edilməsi insanı tovhiddən şirkə sürükləyir.
4. Mərcəyi təqlidlərin fətvasına ehtiram qoymaq ilahi hökmlərə ehtiram qoymaqdır.
5. Onlar fətva vermək məqamında Mə’sum İmam (əleyhissalam) tərəfindən tə’yin edilmişlər
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.