Peyğəmbərlərin əmanətin daşıyanlar
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
اَلفُقَهاءُ اُمَناءُ الرُّسُلُ مَا لَم يَدخُلُوا فِی الدُنيَا قيل: يَا رسول اللّه (ص) : مَا دُخُولُهم فِی الدُّنيَا؟ قَالَ: إتِّبَاعُ السُّلطَانِ فَإذَا فَعَلُوا ذَلِک فَاحذَرُوهُم عَلی أديَانِکُم
«Fəqihlər, dünya malına baş qoşmayınca Peyğəmbərlərin əmanətdarlarıdır.» soruşdular: Ya Rəsuləllah, onların dünya malına baş qoşmaları necə olur?» Buyurdu: «Sultana (padşaha) tabe olmalarıdır. Bu işi etdikləri zaman dininiz barəsində onlardan uzaq olun.»
İncə nöqtələr:
1. Fəqih o kəsdir ki, islamı, dini, Qur’anı və rəvayətləri dərindən başa düşüb və ilahi hökmlərin çıxarılmasında, onları sünnətdən və kitabdan bəyan edən ictihad qüdrətinə malik olsun.
2. Fəqih pis və rəzil işlərdən uzaqlaşaraq insani səcəyyələrə malik olmalıdır, həvapərəstlik, şöhrətpərəstlik, məqampərəstlik, pulpərəstik və sair kimi alçaq xüsusiyyətlərə düçar olmamalıdır.
3. Allahın və ilahi Peyğəmbərlərin e’timad etdiyi şəxs ən yaxşı məqam və mənsəbə malikdir.
4. Məzəmmət olunmuş dünyaya meyl etmək insani kamallardan tənəzzülə uğramaqla bərabərdir.
5. Zalım hakimlər və padşahlara, onların saray alimlərinə tabe olmaq insanı həqiqi islamdan və dindarlıqdan çıxarır.
Kitabın adı: Böyük qeybət dövründə alimlər məqamı
Müəllif: Ehsan Zahiri