Alimlər e’tiqad və təfəkkür sərhədlərinin keşişçiləridir
İmam Sadiq (əleyhissalam) buyurur:
عُلَماءُ شِيعَتِنَا مَرَابِطُونَ بِالثِغرِ الذِی يَلَی إبلِيسِ وَعَفَاريته يَمنَعُونَهُمعَنِ الخُرُوجِ عَلَی ضُعَفَاءِ شِيعَتُنَا وَ عَن إن يَتَسَلَّط عَلَيهِم إبلِيسِ وَشِيعَتُهُ النَّواصِب ألا فَمَن انتَصَب لِذلک مِن شِيعَتِنا کَانَ أفضَلُ مِمَّن جَاهَدَ الرومَ وَ التُرکَ وَ الخَزَر ألفَ ألفَ مَرَّةِ لاَنَّهُ يَدفَعُ عن أديَانِ مُحِبينا و ذلِکَ يَدفَعُ عَن أبدانِهِم
«Bizim şiələrin alimləri elə sərhəd qoruqçularıdır ki, şeytan və onun dəstəsi (onun fərmanı altında) o sərhədlərin kənarında bizim şiələrə hücum etmək üçün oturmuşlar. Şiələrin alimləri şeytanların müstəz’əf şiələrimizə həmlə etməsinə mane olurlar (e’tiqadi və ideoloji cəhətdən məzlumiyyətdə qalan insanlar düşmən tərəfindən daha tez aldadıla bilər) və şiə alimləri iblisin və onun nasibi ardıcıllarının bizim şiələrə hakim kəsilməsinin qarşısını alır. Agah olun, bu iş üçün tə’yin olunan şiələr romalılarla, türklərlə, xəzərlərlə cihad edənlərdən min-min dəfə üstündürlər, çünki o şiə alimi bizim dostlarımızın dinlərini müdafiə edir, cihad edənlər isə bizim dostlarımızın cisimlərini müdafiə edirlər.»
İncə nöqtələr:
1. Şiələr arasında ideoloji və e’tiqadi nəzərdən müstəz’əflikdə olan şəxslərin varlığı alimlərin vəzifəsini daha həssas və ağır edir.
2. Mə’sum İmamlar (əleyhissalam) ilahi alimləri və mütəfəkkirləri e’tiqadi və mədəni sərhədlərin həddini-hüdudunu qorumaq üçün tə’yin etmişlər.
3. Şeytanlar şiələrə nüfuz edib onlara höküm kəsilmək üçün daim proqramlar hazırlayırlar.
4. Bu hədd-hüdudun qorunması torpaqların və sərhədlərin qorunmasından qat-qat mühümdür, çünki əgər əqidə möhkəm olarsa ölkənin əraziləri qorunacaqdır, lakin Allaha iman və e’tiqad zəif olarsa ölkə süqut edəcək, onun həm torpaq, həm də e’tiqadi sərhədləri Allahdan xəbərsiz olan düşmənlərin hücumlarına mə’ruz qalacaqdır.
5. Din düşmənləri istər daxili olsun, istərsə də xarici, öz yolları üzərində yeganə maneənin şiə alimləri olduğunu görür. Tarix də bu məsələni sübuta yetirmişdir.
Kitabın adı: Böyük qeybət dövründə alimlər məqamı
Müəllif: Ehsan Zahiri