Alimlər və ilahi rəhmət
İlahi alimlər Allahın geniş və sonsuz rəhmətinin şamil olduğu insanlardır. İmam Baqir (əleyhissalam) buyurur:
رَحِمَ اللّه عَبداً اًحيا العِلمَ
«Allah rəhmət eləsin bizim elmimizi dirçəldən bəndəyə!»
Ravi «Elminizi dirçəltməyin mə’nası nədir?» – deyə soruşduqda həzrət buyurdu: «Din və təqva əhlinin ilahi elmlər barəsində mübahisəsi (müzakirəsi) elmlərin dirilməsinə səbəb olur.»
İbrətli nöqtələr:
1. Allahın rəhməti ali ilahi ne’mətlərdəndir və Yusif Peyğəmbər ən çətin şəraitlərdə deyir:
اِلاَّ مَا رَحِمَ رَبِّى
«Allahın rəhmətinin nicat verdiyi şəxslərdən başqa (əmmarə nəfsi hamını pisliklərə sürükləyir).»
Ariflərin mövlası Həzrət Əmirəl-mö’minin Əliyyibni Əbitalib (əleyhissalam) «Kumeyl» duasında mütəal Allaha xitab edərək ərz edir:
وَاِدخالَکَ اِيّایَ فی سَعَةِ رَحمَتِک
«Məni özünün geniş rəhmətinə daxil et!»
Öz qələmləri, dilləri və təfəkkürləri ilə həqiqətlərin canlanmasına çalışan alim bəndələrə ilahi rəhmət şamil olur. Bundan da gözəl və yüksək bir məqam ola bilərmi?!
2. Hər bir fərdin elmi bəhsləri və müzakirələri hər bir şəraitdə onu kamala və tərəqqiyə sövq edir. Hətta elmi mübahisələrdə dindarlıq və ilahi təqva ilə yanaşı olan yazı və söhbətlər bütün müvəffəqiyyətlərin açarıdır. Bu elmi yığıncaqlar və müzakirələr riyakarlıqdan, özünü bəyənməkdən, ilahi xüsusiyyəti olmayan hər bir şeydən pak olmalıdır ki, insanı alim və arifcəsinə olan me’raca çatdıra bilsin.
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri