Alimləri əvəz edən bir şəxs yoxdur
Həzrət Əmirəl-mö’minin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur:
فَإذا ماتَ العالِم ثَلُمَ فِی الاسلامَ ثلمَهٌ لا يَسُدُّها اِلا خَلفٌ مِنُه وَ طالِبُ العِلمِ يَستَغفِرُ لَهُ کُلُ المَلائِکَة وَ يَدعُو لَهُ مَن فِی السَّماءِ وَ الارض
«(Müsəlman) bir alim dünyadan gedərkən onun cəmiyyətdə yerinin boşluğu, çatışmamazlığı hiss olunur ki, heç bir şey onun əvəzini verə bilməz. Yalnız bu alimlərin özünün canişini (elm kəsb etmək dalınca gedən şəxslər) bu boşluğu ödəyə bilər. Bütün mələklər, yerdə və göydə olan bütün canlılar belə şəxs üçün istəğfar edərlər.»
Bütün varlıq aləmi alimlərin qorunması üçün istiğfar edir, bu da Allah tərəfindən onlar üçün dünya və axirət təhlükələrindən qorunmasına səbəb olur.
İbrətli nöqtələr:
1. Alimlərin ehtimal üzrə elm, agahlıq, qəsdən və həvayi nəfs üzündən olmayan xəta və günahları bağışlanır.
2. Bütün varlıq aləmi – istər suda və quruda yaşayan heyvanlar, istərsə mələkələr olsun, hamılıqla ilahi alimlər üçün istiğfar edirlər.
3. Alimlərin vücudunun genişliyini göstərmək üçün bu kifayətdir ki, onların adları bütün varlıqların dilinin əzbəridir.
4. Bütün mələklər və canlılar alimləri tanıyırlar. Əgər tanımasaydılar onlar üçün istiğfar etmələrinin heç bir mə’na və məfhumu olmazdı.
5. Varlıq aləmindəki canlıların bu istiğfarı göstərir ki, alimlər yüksək ilahi məqamlara malikdirlər. Əlbəttə, onlar mə’sum və günahsız deyirlər və onların ismətli olmasına təsəvvür etmək yersizdir. Amma «filan alim siyasi xətaya düçar olub ədalətdən düşmüşdür» – deyilməsi düzgün deyildir. çünki yalnız günahın təkrar edilməsi insanı ədalətdən xaric edir, nəinki başqalarının zövqü və səliqəsi ilə uyğun gəlməyən müəyyən mətləblərin bəyan edilməsi
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri