Alimlərin hüzurunda təvazökarlıq
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur:
إذَا رَأيتَ عَالِماً فَکُن لَهُ خَادِماً
«Alimi gördüyün zaman ona xidmətçi ol!»
Yenə buyurur:
مَن وَقَّرَ عَالِماً فَقَد وَقَّرَ رَبَّه
«Hər kəs bir alimə tə’zim etsə Allaha tə’zim etmiş olur.»
İncə nöqtələr:
1. Mövlayi-müttəqiyan həzrət Əliyyibni Əbitalib (əleyhissalam) əmr edir ki, alimlərə xidmətçi olaq.
2. Amma çox təəssüflə, bə’zilərinin qürur və təkəbbürü o qədər çox olur ki, hətta alimlərin onlara xidmətçi olmalarını təvəqqe edirlər.
3. İlahi alimlərin qarşısında təvazökarlıq Allah qraşısında təvazökarlıq sayılır.
4. Bə’ziləri təhqirlə yanaşıb deyirlər ki, bunlar rəbbani alim deyillər. Onlara demək lazımdır ki, nə üçün alim olmamasına ehtimal verirsən, halbuki onun qarşı tərəfi də ehtimal olunur.İnsan həmişə hüsnü-zənn etməlidir ki, azğınlığa və həlakətə doğru sürüklənməsin.
5. İlahi alimlər bütün varlıq aləmində diqqət mərkəzindədirlər, çünki varlıq aləmini icad edən Allah onlara xüsusi diqqət yetirir.
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri