» » Axirət əhli


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Axirət əhli
    +5
    Müəllif: ELİ MUSEVİ | 1-05-2014, 11:00 | Baxılıb: 1 834


    İslam insanlardan istəyir ki, dünyanı elə olduğu kimi tanıyıb, əməl və rəftarlarını belə bir nəzərlə uyğunlaşdırsınlar. Dünyanı belə tanıyan şəxslər heç vaxt ona məftun olmaz, onun bər-bəzəklərinə aldanmaz. Bu dünyada yaşamaqlarına, onun qanuni ləzzət və ne’mətlərindən istifadə etmələrinə baxmayaraq onun əsiri və qulu olmazlar. Allahı və axirət aləmini heç vaxt unutmaz, saleh əməllə axirət aləmi üçün daim yol ehtiyatı toplamağa çalışarlar. Onlar bu dünyada yaşayırlar, lakin qəlblərinin gözü daha yüksəkliklərə nəzər salır. Hər anda, hər halda və hər bir əməldə Allahı və axirət aləmini nəzərə alıb, axirət dünyasının xeyrinə olaraq ondan bəhrələnirlər. Dünyanı axirət üçün bir yol, əkin sahəsi, ticarət yeri hesab edir, axirət aləmi üçün yol ehtiyatı hazırlamağa çalışırlar. Bu dünyanın hər bir şeyindən axirət faydaları üçün bəhrələnir, hətta öz əməlləri, yemək, içmək, evlənmək və sair kimi dünyəvi işlərdən də axirət aləmi üçün istifadə edirlər. Belə şəxslər dünya əhli deyil, axirət əhlidirlər.
    İbni Əbi Yə’fur deyir: İmam Cə’fər Sadiqə (ə) dedim: «Biz dünyanı sevirik.» Buyurdu: «Dünya mal-dövlətləri ilə nə edirsiniz?» Ərz etdim: «Onların vasitəsilə evlənirik, həccə gedirik, onu ailəmiz üçün xərcləyirik, din qardaşlarımıza kömək edirik və Allah yolunda sədəqə veririk.» Buyurdu: «Bu ki, dünya deyil axirətdir.» 
    Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: "Ey Allah bəndələri, agah olun və bilin ki, pərhizkarlar həm bu dünyadan, həm də axirətdən fayda aparırlar. Deməli, dünya əhli ilə dünya ne’mətlərindən bəhrələnməkdə şərikdirlər, amma dünya əhli axirətdə bunlarla şərik deyillər. Dünyada ən yaxşı şəkildə yaşayır, onun yeməlilərindən ən yaxşı şəkildə istifadə edirlər. Bunlar dünyadan zalımların, təkəbbürlülərin, xoş güzəran keçirənlərin faydalandığı kimi istifadə etmişlər. Sonra kamil ehtiyatla, ticarət yerindən bəhrələnməklə dünyadan axirətə köçmüşlər. Dünyanın zövq və ləzzətinə nail olmuş, yəqin şəkildə inanmışlar ki, axirətdə də Allahın mərhəməti sayəsində yaşayacaqlar. Belə ki, onların istəklərindən heç biri geri qaytarılmayacaq, onların ləzzət və xoşluqdan olan bəhrələri azalmayacaqdır.” 
    Dünyada qazanc, sənətkarlıqla, ticarət və əkinçiliklə məşğul olmaq, ondakı ictimai məs’uliyyətləri, məqam və mənsəbləri qəbul etməyin insanın axirət əhli və zahid olması ilə ziddiyyəti yoxdur. Əksinə, elə məhz bunlar axirət yolunda və Allahın razılığını qazanmaq üçün istifadə edilə bilər. Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) işlərində və qazanclarında malik olduğu ciddiyyətlə belə, camaat arasında ən zahid bir adam idi. Camaata hakim olduğu dövrdə gecə ikən ibadət mehrabında ağlayaraq deyirdi: "Ey dünya, ey dünya! Məndən uzaq ol! Məni aldatmaq üçün özünü təqdim edib məhəbbət göstərirsənmi? Bu vaxt sənin vaxtın deyil. Heyhat! Başqasını aldat, mənim sənə ehtiyacım yoxdur. Mən sənə üç dəfə təlaq vermişəm ki, artıq qayıtmağın mümkün deyil. Sənin həyatın qısa, dəyərin az, ümidin əhəmiyyətsizdir. Ah, yol ehtiyatının azlığından, yolun uzaqlığından, səfərin uzaqlığından və mənzilin əzəmətindən!” 
    Digər bir yerdə buyurur: "Ey dünya, məndən uzaq ol! Sənin cilovunu öz boynuna atıb buraxmışam. Sənin caynaqlarından xilas olmuşam, sənin tələlərindən qaçmışam, sənin sapmalarına düşməkdən çəkinmişəm.” 
    Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) böyük bir ordu ilə müharibəyə gedərkən köhnə və dəyərsiz ayaqqabılarını İbni Abbasa göstərib deyirdi: "Allaha and olsun, mənim nəzərimdə bu köhnə ayaqqabı hökumət və rəislikdən daha sevimlidir. Rəyasətə ona görə razılıq vermişəm ki, haqqı bərqərar edəm, yaxud haqsızlıqların qarşısını alam.” 
    Allahın xalis bəndələri həmişə belə olmuş və hal-hazırda da belədirlər. Onlar elə bu dünyada yaşadıqları halda daha yüksək üfüqlərə nəzər edirlər. Onlar axirət əhlidirlər. Sair insanlar kimi qazanc və ticarətə, maddi fəaliyyətlərə ciddiyyət göstərir, hökumət, rəislik, sərkərdəlik, həyatın idarə olunması kimi işlərlə məşğul olurlar. Lakin hər bir işi Allahın razılığını qazanmaq və öz vəzifəsini yerinə yetirmək məqsədilə görürlər. Allah ne’mətlərindən qanuni və şər’i həddə istifadə edir və eyni halda dünyaya "üç dəfə təlaq verib” onun mehr və məhəbbətini qəlblərindən çıxarırlar. Hakimiyyəti ələ almaq üçün müharibə edirlər, amma sadəcə rəhbərliyə çatmaq üçün deyil, haqq-ədalətin bərqərar olunması, müdafiə edilməsi naminə.

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 7
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: H.Nurlana | Status: İstifadəçi Offline | 8 Haziran 2014 21:24 | İstifadəçi | Şərh yazdı
    ALLAH razi olsun qardaw 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: nastya | Status: İstifadəçi Offline | 1 Mayıs 2014 20:20 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN QARDAS

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 1 Mayıs 2014 15:53 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 1 Mayıs 2014 13:06 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN QARDAWIM ALLAH HIFZ ETSIN INWELLAH
     

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 1 Mayıs 2014 12:25 | Sayt nəzarətçisi | Şərh yazdı
    Ey dünya, ey dünya! Məndən uzaq ol! Məni aldatmaq üçün özünü təqdim edib məhəbbət göstərirsənmi? Bu vaxt sənin vaxtın deyil. Heyhat! Başqasını aldat, mənim sənə ehtiyacım yoxdur. Mən sənə üç dəfə təlaq vermişəm ki, artıq qayıtmağın mümkün deyil. Sənin həyatın qısa, dəyərin az, ümidin əhəmiyyətsizdir. Ah, yol ehtiyatının azlığından, yolun uzaqlığından, səfərin uzaqlığından və mənzilin əzəmətindən!” ILAHI SENE SIGINIRAM REHMINI ESIRGEME DUNYA MALINI SIRIN ETME BIZE REHM ET CUNKI BIZ MEHEMMED UMMETINIK O HEZRETIN XATIRINE BIZI RUSVAY ETME EY BAGISLAYAN REHIMLI ALLAH SEN ERHEMER-REHIMINSEN SUKUR SENIN ADINA XOS HALIMIZA KI SENIN KIMI EDALETLI QUDRETLI ALLAHIMIZ VAR

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 1 Mayıs 2014 12:07 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 1 Mayıs 2014 11:34 | İstifadəçi | Şərh yazdı
    ALLAH razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.