Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Axirət əhli
İslam insanlardan istəyir ki, dünyanı elə olduğu kimi tanıyıb, əməl və rəftarlarını belə bir nəzərlə uyğunlaşdırsınlar. Dünyanı belə tanıyan şəxslər heç vaxt ona məftun olmaz, onun bər-bəzəklərinə aldanmaz. Bu dünyada yaşamaqlarına, onun qanuni ləzzət və ne’mətlərindən istifadə etmələrinə baxmayaraq onun əsiri və qulu olmazlar. Allahı və axirət aləmini heç vaxt unutmaz, saleh əməllə axirət aləmi üçün daim yol ehtiyatı toplamağa çalışarlar. Onlar bu dünyada yaşayırlar, lakin qəlblərinin gözü daha yüksəkliklərə nəzər salır. Hər anda, hər halda və hər bir əməldə Allahı və axirət aləmini nəzərə alıb, axirət dünyasının xeyrinə olaraq ondan bəhrələnirlər. Dünyanı axirət üçün bir yol, əkin sahəsi, ticarət yeri hesab edir, axirət aləmi üçün yol ehtiyatı hazırlamağa çalışırlar. Bu dünyanın hər bir şeyindən axirət faydaları üçün bəhrələnir, hətta öz əməlləri, yemək, içmək, evlənmək və sair kimi dünyəvi işlərdən də axirət aləmi üçün istifadə edirlər. Belə şəxslər dünya əhli deyil, axirət əhlidirlər.
İbni Əbi Yə’fur deyir: İmam Cə’fər Sadiqə (ə) dedim: «Biz dünyanı sevirik.» Buyurdu: «Dünya mal-dövlətləri ilə nə edirsiniz?» Ərz etdim: «Onların vasitəsilə evlənirik, həccə gedirik, onu ailəmiz üçün xərcləyirik, din qardaşlarımıza kömək edirik və Allah yolunda sədəqə veririk.» Buyurdu: «Bu ki, dünya deyil axirətdir.»
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Ey Allah bəndələri, agah olun və bilin ki, pərhizkarlar həm bu dünyadan, həm də axirətdən fayda aparırlar. Deməli, dünya əhli ilə dünya ne’mətlərindən bəhrələnməkdə şərikdirlər, amma dünya əhli axirətdə bunlarla şərik deyillər. Dünyada ən yaxşı şəkildə yaşayır, onun yeməlilərindən ən yaxşı şəkildə istifadə edirlər. Bunlar dünyadan zalımların, təkəbbürlülərin, xoş güzəran keçirənlərin faydalandığı kimi istifadə etmişlər. Sonra kamil ehtiyatla, ticarət yerindən bəhrələnməklə dünyadan axirətə köçmüşlər. Dünyanın zövq və ləzzətinə nail olmuş, yəqin şəkildə inanmışlar ki, axirətdə də Allahın mərhəməti sayəsində yaşayacaqlar. Belə ki, onların istəklərindən heç biri geri qaytarılmayacaq, onların ləzzət və xoşluqdan olan bəhrələri azalmayacaqdır.”
Dünyada qazanc, sənətkarlıqla, ticarət və əkinçiliklə məşğul olmaq, ondakı ictimai məs’uliyyətləri, məqam və mənsəbləri qəbul etməyin insanın axirət əhli və zahid olması ilə ziddiyyəti yoxdur. Əksinə, elə məhz bunlar axirət yolunda və Allahın razılığını qazanmaq üçün istifadə edilə bilər. Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) işlərində və qazanclarında malik olduğu ciddiyyətlə belə, camaat arasında ən zahid bir adam idi. Camaata hakim olduğu dövrdə gecə ikən ibadət mehrabında ağlayaraq deyirdi: “Ey dünya, ey dünya! Məndən uzaq ol! Məni aldatmaq üçün özünü təqdim edib məhəbbət göstərirsənmi? Bu vaxt sənin vaxtın deyil. Heyhat! Başqasını aldat, mənim sənə ehtiyacım yoxdur. Mən sənə üç dəfə təlaq vermişəm ki, artıq qayıtmağın mümkün deyil. Sənin həyatın qısa, dəyərin az, ümidin əhəmiyyətsizdir. Ah, yol ehtiyatının azlığından, yolun uzaqlığından, səfərin uzaqlığından və mənzilin əzəmətindən!”
Digər bir yerdə buyurur: “Ey dünya, məndən uzaq ol! Sənin cilovunu öz boynuna atıb buraxmışam. Sənin caynaqlarından xilas olmuşam, sənin tələlərindən qaçmışam, sənin sapmalarına düşməkdən çəkinmişəm.”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) böyük bir ordu ilə müharibəyə gedərkən köhnə və dəyərsiz ayaqqabılarını İbni Abbasa göstərib deyirdi: “Allaha and olsun, mənim nəzərimdə bu köhnə ayaqqabı hökumət və rəislikdən daha sevimlidir. Rəyasətə ona görə razılıq vermişəm ki, haqqı bərqərar edəm, yaxud haqsızlıqların qarşısını alam.”
Allahın xalis bəndələri həmişə belə olmuş və hal-hazırda da belədirlər. Onlar elə bu dünyada yaşadıqları halda daha yüksək üfüqlərə nəzər edirlər. Onlar axirət əhlidirlər. Sair insanlar kimi qazanc və ticarətə, maddi fəaliyyətlərə ciddiyyət göstərir, hökumət, rəislik, sərkərdəlik, həyatın idarə olunması kimi işlərlə məşğul olurlar. Lakin hər bir işi Allahın razılığını qazanmaq və öz vəzifəsini yerinə yetirmək məqsədilə görürlər. Allah ne’mətlərindən qanuni və şər’i həddə istifadə edir və eyni halda dünyaya “üç dəfə təlaq verib” onun mehr və məhəbbətini qəlblərindən çıxarırlar. Hakimiyyəti ələ almaq üçün müharibə edirlər, amma sadəcə rəhbərliyə çatmaq üçün deyil, haqq-ədalətin bərqərar olunması, müdafiə edilməsi naminə.
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |