Bütün varlıq aləmi ilahi müəllimlər üçün istiğfar edir
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
مُعَلِّمُ الخَيرِ يَستَغفِرُ لَهُ دَوَابُّ الارضِ و حيِتَان البَحر و کلُ ذِی رُوحٍ فِی الهَواء و جميعُ اهلِ السَّماءِ وَ الاَرضِ
«Xeyir öyrədən şəxsə yerin canlıları və havada olan bütün ruhlular, eləcə də bütün yer və səma əhli istiğfar edir.»
İncə nöqtələr:
1. Əgər bir alim elm ardınca gedərsə bütün varlıq aləmi onun tövbə və istiğfarının çatışmayanlarını cübran edər.
2. Bütün varlıq aləmi, istər ərşdə olanlar, istərsə də yerdə olanlar, bütün canlı varlıqlar Allah dərgahında alimi müdafiə edirlər.
3. İlahi alimdən baş verən günahlar çətin bağışlansa belə bu rəvayətlər ümidvar edəndir.
4. Nə üçün insanlar, xüsusilə cavanlar bu qədər ali məqamlara çatan alimlərdən uzaq düşməli və onlarla oturub-durmamalı, bəhrələnməməlidir? Belə hallarda da baş verən zərərlər müalicə edən həkimə deyil, xəstənin özünə çatır.
5. Qiyamət günündə alimlər şikayət edib deyəcəklər ki, nə üçün camaat bizim elmimizdən bəhrələnməyib bizi yalqız qoydular?
6. Bütün varlıq aləmi – istər mələklər, istərsə də heyvanlar alimlərin məqam və mənzilətini tanıyırlar. Amma çox təəssüflə insanlardan çoxu bu işdən agah deyillər. Qur’an buyurur: «Camaatın əksəriyyəti elm, düşüncə və şüur sahibi deyillər, onlar mə’rifət vasitələrindən istifadə etməyir və bu mühüm məsələyə diqqət yetirmirlər.»
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri