» » “Həmd” surəsi (birinci cüz) (2-ci hissə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Həmd” surəsi (birinci cüz) (2-ci hissə)
    0
    Müəllif: Huseynci Medine | 21-11-2016, 16:00 | Baxılıb: 1 670

     

    “Həmd” surəsi (birinci cüz) (2-ci hissə)

     

    اَلْـحَمْدُ لِلّهِ رَبِّ الْعالَمينَ﴾

    “Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur.”

     

    ◘“Bir şeyin həm sahibi, həm də tərbiyəçisi olan varlıq “Rəbb” adlanır. Varlıq aləminin həqiqi sahibi isə Allahdır. O bu aləmi yaratmış və həmin bu aləmlə bağlı tədbirlərini davam etdirməkdədir. Demək, bütün varlıq aləmi təkamül yolundadır. O, Allahın müəyyənləşdirdiyi yola hidayət olunur, istiqamətləndirilir.

    ◘“Həmd” surəsindən əlavə daha dörd surə (“Ənam”, “Kəhf”, “Səba”, “Fatir”) “əlhəmdulillah” cümləsi ilə başlayır. Amma yalnız “həmd” surəsində "əlhəmdulillah" kəlməsindən sonra “rəbbil aləmin” ifadəsi işlədilmişdir.

    ◘“Həmd” dedikdə mədh və şükür nəzərdə tutulur. İnsan kamillik və gözəllik qarşısında sitayiş edir, başqalarının xidmət və ehsanına görə təşəkkürünü bildirir. Allah-təala öz kamal və camalı, ehsan və nemətləri ilə sitayiş və şükrə daha layiqdir.

    ◘“Əlhəmdulillah” Allaha ən üstün təşəkkür formasıdır. İstənilən bir yerdə, istənilən bir dildə, istənilən şəkildə kamillik və gözəlliyə sitayiş edən insan əslində həmin kamillik və gözəlliyin mənbəsinə sitayiş edir. Əlbəttə, Allahın əmri ilə, Allah yolunda Onun məxluquna təşəkkür Allaha təşəkkürə zidd deyildir.

    ◘Allah bütün yaranmışların inkişaf və tərbiyə yolunu müəyyənləşdirmişdir: “Rəbbimiz hər şeyə vücud neməti vermiş və sonra kamal yoluna hidayət etmişdir.” O, bal arısına hansı otlardan şirə çəkməyi, qarışqaya qış üçün azuqə toplamağı öyrətmişdir. İnsan orqanizmi ehtiyac duyduğu qanı yaratmaq istedadına malikdir. Belə bir Allah, əlbəttə ki, həmd-sənaya layiqdir.

    ◘Allah bütün yaranmışların xaliqidir: “O hər şeyin Rəbbidir.” Göylərdə, yerdə, göylə yer arasında olanların xaliqi Odur: Göylərin, yerin və onların arasında olanların xaliqi Odur.”Həzrət Əli (ə) buyurur: “O, cansızların və canlıların Rəbbidir.” Başqa bir yerdə oxuyuruq: “Yaradan da, idarə edən də odur. O hər şeyin Rəbbidir.”

    ◘“Aləmin” dedikdə yalnız insanlar nəzərdə tutula bilər. Necə ki, Lutun qövmü həzrət Luta dedi: “Məgər biz sənə xalqla (aləmlə) görüşü qadağan etməmişikmi?” Amma “aləmin” dedikdə bütün varlıq aləmi də nəzərdə tutula bilər. “Aləm” yaranmışlar mənasında, “aləmin” bütün yaranmışlar mənasında işlədilmişdir. Ayədən belə anlaşılır ki, bütün varlıq aləminin bir yaradıcısı var. Cahiliyyət dövründə və bəzi millətlərdə hər bir hadisənin öz Allahının olması etiqadı batil inancdır.

    Bildirişlər

    1. Bütün sitayişlər Onun üçündür. (“Əlhəmdulillah”)

    2. Allah varlığın tərbiyə və inkişafında məcburiyyətə əl atmır. Ona görə də həmd məcburi olmayan işlər üçündür.

    3. Bütün varlıq və ondakı tədbirlər gözəldir. Ona görə də həmd gözəllik və yaxşılıq üçündür.

    4. Bizim sitayiş dəlilimiz Onun Rəbb olmasıdır. (“əlhəmdulillahi rəbbil-aləmin”)

    5. Allahın Öz məxluqları ilə rabitəsi daimi və sıx rabitədir. (Rəssam və memar öz işini görüb gedir. Mürəbbi isə daim nəzarət etməlidir.)

    6. Bütün varlıq aləmi bir Allahın tərbiyəsi altındadır. (“Rəbbul-aləmin”)

    7. Bütün mövcudlarda inkişaf və tərbiyə istedadı vardır.

    8. Allah insanları peyğəmbərlərin göstərişləri ilə (təşrii tərbiyə), digər canlı və cansız aləmi isə bilavasitə (təkvini tərbiyə) tərbiyə edir.

    9. Möminlər Quranın başlanğıcında Allah dərgahına üz tutaraq deyirlər: “Əlhəmdu lillahi rəbbil-aləmin.” İşin sonunda behiştdə isə bu şüarı verirlər: “Həmd olsun aləmlərin rəbbi olan Allaha.

     

    Kitabın adı: Nur təfsiri (birinci cild) 

    Müəllif: Möhsin Qəraəti

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 23 Kasım 2016 08:18 | Sayt nəzarətçisi | Şərh yazdı
    Hemd olsun Allahin varligina ne yaxsi ki bizim Allahimizdir  ne yaxsi ki Allah mene  nesib edib onun qarsisinda secdeye getmeyi ne yaxsi ki mene lutf edib buyurduqlarina emel etmeyi SUKREN LILLAH ehsen gozel bacin cox sagol ellerin derd gormesin maraqli metindi  vaxt ede bildikce ardini da oxuyacam cox xos tesir etdi Gozel Allahimizi cox gozel vesf edir yazici yazanin ve bize catdiranin ellerine sagliq

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.