![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
“Həmd” surəsi (birinci cüz) (4-cü hissə)
مالِكِ يَوْمِ الدِّينِ﴾
◘Allahın malikliyi həqiqidir. Bu malikliyin əhatəsi və səltənəti var. Etibari malikiyyətdə isə gerçək səltənət yoxdur və malikin səltənəti məhduddur.
◘Allah hər şeyə hər zaman həqiqi malik olsa da, Onun malikiyyəti qiyamətdə başqa bir cilvə alır.
–Həmin gün bütün vasitələr və səbəblər gücdən düşür.
–Bütün yaxınlıq və qohumluq əlaqələri qırılır.
–Var-dövlətdən, övladlardan səmərə olmur.
–Ən yaxın adamlar da faydasız olur.
–Dil üzr istəyə bilmir, düşüncə tədbir tökməkdə aciz olur. Yeganə çıxış yolu həmin gün ixtiyar sahibi olan Allahın lütfüdür.
◘“Din” sözü müxtəlif mənalarda işlədilmişdir:
a) Səmavi qanunlar məcmusu
b) Əməl və itaəti
v) Hesab və cəza
◘“Yəvmud-din” sözü Quranda mükafat və cəza günü olan qiyamət gününə işarədir. Quranda oxuyuruq: “Soruşarlar ki, qiyamət günü nə vaxtdır?”Quran bu günü belə tanıtdırır: “Ey peyğəmbər (s), bilmirsənmi din günü hansı gündür? Elə bir gün ki, kimsə kimsənin karına gəlməz. Həmin gün hökm yalnız Allaha məxsusdur.”
◘“Maliki yəvmid-din” xəbərdarlıq və qorxutma növüdür. Amma bu cümlə ilə yanaşı “ər-rəhmanir-rəhim” cümləsinin işlədilməsindən aydın olur ki, müjdə və qorxutma yanaşı olmalıdır. Necə ki, digər bir şərif ayədə buyurulur: “Ya Məhəmməd, bəndələrimə xəbər ver ki, Mən həqiqətən bağışlayan və rəhm edənəm. Eyni zamanda əzabım da çox şiddətli bir əzabdır.”Digər bir ayədə isə belə buyurulur: “Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi isə böyük olan Allah...”
◘Quranın ilk surəsində Allahın malik (hakim, ixtiyar sahibi) olmasından danışılır: “Maliki yəvmud-din”. Quran yenə də həmin məsələyə toxunmaqla başa çatır: “Məlikin-nas, “yəni xalqın maliki, ixtiyar sahibidir.
1. Allah müxtəlif baxımlardan ibadətə layiqdir. Biz Ona həmd-səna etməliyik. Onun zatındakı və sifətlərindəki kamilliklərə görə, ehsan və tərbiyəsinə görə, rəhm və lütfünə olan ümid və intizara görə, qüdrət və heybətinə görə ibadət etmək zəruridir.
2. Qiyamət Onun Rəbb olmasının bir parıltısıdır.
3. Qiyamət Allah mərhəmətindən bir cilvədir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |