“Həmd” surəsi (birinci cüz) (3-cü hissə)
﴿الرَّحْـمنِ الرَّحـيمِ﴾
“Bağışlayan və mehribandır.”
Nöqtələr
“Rəhman” sözü rəhmət və onun genişliyinin mübaliğəli, şiddətli ifadəsidir. Quranda “Rəhman” və “Rəhim” kimi iki sifətin işlədilməsindən aydın olur ki, Allah bütün məxluqata qarşı rəhman, insana və vəzifəli mövcudlara qarşı isə rəhimdir.
Allah rəhməti özü üçün vacib saymışdır: "Rəbbiniz Özü Özünə rəhimli olmağı yazmışdır." Allahın rəhməti, hər şeyi əhatə edir: “Mərhəməti hər şeyi əhatə etmişdir.” Allahın peyğəmbəri də, kitabı da Onun rəhmətindəndir." Səni də (Ya Məhəmməd) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”.] Allahın xəlq etməsi və tərbiyəsi Onun rəhmətinə əsaslanır. Onun cəzası da lütf üzündəndir. Günahların bağışlanması, bəndələrin tövbəsinin qəbul edilməsi, onların eyblərinin örtülməsi, günahları aradan qaldırmaq üçün fürsət verilməsi Allahın rəhmət və mehribanlıq təzahürləridir.
Bildirişlər
1.İlahi tədbir və tərbiyə məhəbbət və rəhmətlə müşayiət olunur. (“Rəbb” sözü ilə yanaşı “Rəhman” sözü işlədilir) “Rəbbul” aləmin, ər-rəhmanir-rəhim”
2. Doğrudan da, təlim rəhm və mehribanlığa ehtiyaclıdır: “Rəhman (rəhimli olan) Quranı öyrətdi.” Tərbiyə və təzkiyə (paklama) da rəhm və mehribanlığa əsaslanmalıdır.
3. Allahın rəhmaniyyəti ona sitayiş dəlilidir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti