![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
“Həmd” surəsi (birinci cüz) (5-ci hissə)
ايَّاكَ نَعْـبُدُ وَ اِيَّاكَ نَسْـتَعينُ﴾
“Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”
◘İnsan Allaha bəndəliyi əqlin hökmü ilə qəbul etməlidir. Biz insanlar kamillik aşiqiyik. Bizim tərbiyə və inkişafa ehtiyacımız var. Allah isə bütün kamilliklərin məcmusu, varlıq aləminin Rəbbidir. Əgər mehr-məhəbbətə ehtiyacımız varsa, O, rəhman və rəhimdir. Əgər uzaq gələcəkdən nigaranıqsa, O həmin günün ixtiyar sahibi və malikidir. Bir belə ehtiyacla başqasına üz tutmaq olarmı?! Ağıl hökm edir ki, yalnız Ona pərəstiş etməli və Ondan kömək istəməliyik. İnsan öz nəfsi istəklərinə, qızıl-gümüşə bəndə olmamalıdır.
Namaz qılan şəxs sanki bütün allahpərəstlərin nümayəndəsi olaraq deyir: “Pərvərdigara, təkcə mən yox, hamımız Sənin lütfünə möhtacıq.”
Pərvərdigara! Mənim Səndən başqa bir kəsim yoxdur. "(“İyyakə”) Sənin isə mənim kimilərin çoxdur. Bütün varlıq aləmi Sənin qulundur.” Səmalarda və yerdə nə varsa Sənin bəndən, qulundur.
◘“Nəbudu” cümləsi namazın cəm şəkildə qılınmasına və bütün müsəlmanların qardaş və bir xətdə olmasına işarədir.
◘Mənəvi yüksəliş mərhələləri: Səna, rabitə və ardınca dua. Ona görə də həmd surəsinin başlanğıcı sənadır. Sonrakı ayə rabitəni, daha sonrakı ayə isə duanı önə çəkir.
◘Həqiqi məhbubla söhbət şirin olduğundan “iyyakə” kəlməsi təkrarlanmışdır.
1.Əvvəlcə Allaha bəndəlik edib, sonra Ondan istəmək olar: “Nəbudu nəstəin”
2. Başqaları yox, yalnız Allah qarşısında bəndəlik etmək lazımdır: “İyyakə”
3. Təbiətə hakim olan qanunlar möhtərəmdir. Amma Allahın iradəsi hakim, təbiət qanunları isə məhkumdur. (Biz səbəb və vasitələrdən istifadə edirik. Amma bilirik ki, əsl səbəb və vasitələr Allahın əlindədir.) Ona görə də yalnız Allahdan kömək istəyirik: “İyyakə nəstəin”
4. İbadəti insan özü yerinə yetirsə də, bu işdə Allahın köməyinə ehtiyaclıdır: “Və ma kunna linəhtədiyə ləv la ən hədanallah”.[42]
5. Ən böyük lütfü Allahdan gördüyümüzdən, Onun qarşısında daha çox əyilirik: “Ər-rəhmanir-rəhim, iyyakə nəbudu”
6. "İyyakə nəbudu" və "iyyakə nəstəin" nə cəbrdir, nə də təfviz. Yəni, söhbət məcburiyyət və özbaşınalıqdan kənar bir haldan gedir. “Nəbudu” cümləsindən məlum olur ki, biz ixtiyar sahibiyik. “Nəstəin” cümləsi isə bizim ehtiyaclı olduğumuzu bildirir. Demək, insan məcbur yox, ehtiyaclıdır.
7. İbadət Allahdan yardım diləmənin müqəddiməsi və vasitəsidir. Əvvəlcə ibadət edib, sonra əl açmaq lazımdır: “İyyakə nəbudu və iyyakə nəstəin”
8. Tövhid və allahpərəstliyə doğru atılan ilk addım Allah və Onun sifətlərinin tanınmasıdır: “Rəbbul-aləmin, ər rəhmanir-rəhim, maliki yəvmiddin, iyyakə nəbudu” kəlmələri insanı Allahın sifətləri ilə tanış edir.
9. Dua və pərəstiş qaydalarından biri budur ki, insan özünü böyük bilməsin və Allah hüzurunda kiçilsin.
10. İbadətin stimullarından biri məada, ölümdən sonrakı həyata diqqətdir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |