280 Eşq
1291.Eşqin pislənilməsi.
4270. İmam Əli (ə): «Hicran eşqin cəfasıdır»
4271. İmam Əli (ə): «Hər kim nəyə aşiq olarsa, həmin şey onun gözünü kor, qəlbini xəstə edər. Belə insan sağlam olmayan gözlə baxar, eşitməyən qulaqla eşidər. Şəhvətlər onun ağlını pərən-pərən salmış və dünya qəlbini öldürmüşdür.»
4272. İmam Sadiq (ə) (Eşq barədə suala cavabından): «Qəlblər Allahı yad etməkdən boşalar və Allah özündən qeyrisinin məhəbbətini onlara dadızdırar.»
4292. Pak eşqin mükafatı.
4273. Allahın Peyğəmbəri (s): «Hər kim aşiq olsa, öz eşqini gizlətsə, iffətli olsa və bu halda ölərsə, o, şəhiddir.»
4274. İmam Əli (ə): «Allah yolunda cihad edib şəhid olanın əcri, günah etməyə imkanı olduğu halda, iffətli olanın əcrindən çox deyil.»
1293. Allah eşqi.
4275. Allahın Peyğəmbəri (s): «Allah buyurur: «Mənimlə olan məşğuliyyət bəndənin canına qalib gəlsə, onun istək və ləzzətlərini məni xatırlamaqda qərar verərəm. İstək və ləzzətini Məni xatırlamaqda qərar verdikdə, Mənə aşiq olar, Mən də onun aşiqi olaram. Bir-birimizə aşiq olduqda, Özümlə onun arasındakı pərdəni götürər, bunu (Öz camal və cəlalımı görməyi) canına hakim edərəm. Belə ki, camaat səhv edəndə, o, səhvə yol verməz.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild