225. Şəhadət
Allah yolunda ölmək
1055. Şəhidliyin fəziləti
Qur’an:
«Allah yolunda öldürülənləri heç vaxt ölü hesab etmə. Əksinə, onlar diridirlər və Allahın yanında ruzi yeyərlər.»
3375. Allahın Peyğəmbəri (s):«İnsanın Allah yolunda öldürülməsi həddinə qədər, hər yaxşılıqdan üstün yaxşılıq vardır. Beləliklə, insan Allah yolunda öldürülərsə, bundan üstün (və dəyərli) yaxşılıq olmaz.
3376. Allahın Peyğəmbəri (s):«Ən şərəfli ölüm şəhadətdir.
3377. Allahın Peyğəmbəri (s) :«İstəyirəm ki, Allah yolunda vuruşum və öldürülüm, yenə vuruşum və öldürülüm. Yenə də vuruşum və öldürülüm.»
3378. Allahın Peyğəmbəri (s):«Şəhidin borcdan başqa bütün günahları bağışlanar.»
3379. Allahın Peyğəmbəri (s):«Düşmənlə üz-üzə gələn şəxs əgər öldürülənədək müqavimət göstərsə və ya qalib gələrsə, qəbr əzabı görməz.»
3380. Allahın Peyğəmbəri (s):«Şəhiddən başqa heç kim ölümündən sonra, Allahın yanında xeyir nemətlərdən bəhrələnən və eyni zamanda, bütün dünyanı ona bağışlasalar da yenidən dünyaya qayıtmaq istəməz. Çünki o, şəhadətin fəzilətini bildiyinə görə, dünyada öldürülmək üçün dünyaya qayıtmasını arzulayar.»
3381. İmam Əli (ə):«Siz, öldürülməsəniz də öləcəksiniz. And olsun Əlinin canı Onun qüdrət əlində olana ki, başa min qılınc zərbəsinin endirilməsi, yataqda ölməkdən daha asandır.»
1056. Şəhadət istəməyin savabı
3382. Allahın Peyğəmbəri (s):«Kim sidq ürəklə Allahdan şəhid olmasını istəyərsə, öz yatağında ölsə belə, Allah-taala onu şəhidlərin məqamına çatdırar.»
1057. Şəhid hesab olunanlar
3383. Allahın Peyğəmbəri (s):«Özünü zülmdən qorumaq yolunda öldürülən şəxs, şəhiddir.»
3384, Allahın Peyğəmbəri (s):«Öz eşqini gizlətdiyinə və paklığını saxladığına görə ölən aşiq, şəhiddir.»
3385. Allahın Peyğəmbəri (s):«Məhəmməd Əhli-Beytinin (ə) məhəbbəti ilə dünyadan köçən, şəhiddir.»
3386. İmam Səccad (ə):«Kim bizim qaimimizin (ə) qeybəti dövründə qəlbində bizə dostluq və məhəbbət ölərsə, Allah-taala Bədr və Uhud şəhidləri kimi min şəhidin mükafatını ona bəxş edər.»
1058. Allah yolunda yaralanmağın savabı
3387. Allahın Peyğəmbəri (s):«Kim Allah yolunda yaralanarsa, Qiyamət günü müşk ətrinə bənzər bir ətir saça-saça, rəngi zəfəran rəngində və üzərində şəhidlərin nişanəsi ilə gələr. Kim ixlasla Allahdan şəhidlik istəsə, yataqda ölsə belə, Allah-taala ona şəhidin mükafatını verər.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild