» » » Nəfsi istəklər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Nəfsi istəklər
    0
    Müəllif: Elya | 18-03-2015, 10:00 | Baxılıb: 1 110
     
     
    397. Nəfsi istəklər
     
    1797. Nəfsi istəklərin təhlükəsi
    Qur‘an:
    «Lakin zülm edənlər nadanlıqla nəfslərindən gələn istəklərə uydular. Allahın yoldan çıxartdıqlarını doğru yola kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz.»
    Hədis:
    6413.«əl-Kafi:» Allah-taalanın İsaya (ə) öyüdlərindən birində deyilir: «Ey İsa! Oyaq olanda günah etmə, ayıq olanda qəflətə düşmə. Öz nəfsini məhvə səbəb olan şəhvətlərdən ayır və səni Məndən uzaqlaşdıran hər bir şəhvətdən uzaqlaş.»
    6414.Allahın Peyğəmbəri (s): «Nəfsi istəkləri ona görə elə adlandırıblar ki, o, öz sahibini yerə çırpar.»
    6415.Allahın Peyğəmbəri (s): «İblis dedi: Mən onları günahlarla məhv etdim, onlar da (Allahdan) əfv diləməklə məni məhv etdilər. Buna görə də (vəziyyəti) belə görüb onları nəfsi istəklərinin vasitəsi ilə məhvə atdım. Çünki onlar (belə olan halda) doğru yolda olduqlarını zənn edir və bu səbəbdən istiğfar diləmirlər.»
    6416.İmam Əli (ə): «Həqiqətən, fitnələrin başlanğıc nöqtəsi nəfsi istəklərə tabe olmaq və hökmlərdə bid'ət qoymaqdır.»
    6417.İmam Əli (ə) («ən qüdrətli və güclü hökmdar kimdir?» sualının cavabında): «Nəfsin istəyi!»
    6418.İmam Əli (ə): «Cənnət xoşagəlməz işlərin qatlarına bürünmüşdür, cəhənnəm isə şəhvətlərin.»
    6419.İmam Əli (ə): «Ləzzət qəflətə (Allahın və axirətin unudulmasına) səbəb olur.»
    6420.İmam Əli (ə): «Birinin ləzzət hərisi olub onun vasitəsi ilə məhv olmaması çox nadir hallarda baş verir.
    6421.İmam Əli (ə): «Kim Allaha qarşı itaətsizlikdən və günahdan ləzzət alsa, Allah onu xar edər.»
    1798.Nəfsi istəyə də «tanrı» kimi ibadət edənlər var.
    Qur‘an:
    «Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər? Məgər düşünüb ibrət almırsınız?»
    Hədis:
    6422.Allahın Peyğəmbəri (s): «Bu səmanın kölgəsi altında Allahın yerinə ibadət edilən mə‘budların heç biri, Allahın yanında nəfsi istəkdən daha mənfur deyil.»
    6423.İmam Əli (ə): «Nəfsin istəyi ibadət edilən «tanrı», ağıl isə tərif edilən dostdur.»
    6424.İmam Əli (ə): «Nadan, öz nəfsinin istəyinin quludur.»
    1799.Nəfsin istəyinə tabe olmağın nəticələri.
    6425.Allahın Peyğəmbəri (s): «Bir saatdan artıq çəkməyən, amma arxasınca uzun qəm-qüssə gətirən nə çox şəhvət var.»
    6426.İmam Əli (ə): «Sizə nəfsi istəklərdən uzaq durmağı tövsiyə edirəm. Çünki nəfsi istək (insanı) korluğa çağırır və o, dünya və axirətdə azğınlıqdır (azğınlığa səbəb olur).»
    6427.İmam Əli (ə): «Nəfsi istək korluğun (qəlbin kor olmasının) şəri­kidir.»
    6428.İmam Əli (ə): «Kim nəfsin istəyinə tabe olsa, nəfsi istək onu kor, kar, xar edər və azdırar.»
    6429.İmam Əli (ə): «Şəhvətin başlanğıcı məstlik, sonu isə məhv olmaq­dır.»
    6430.İmam Əli (ə): «Şəhvətlərin qəlblərinizə qalib və hakim olmalarından çəkinin. Çünki onların əvvəli qula çevrilmək, sonu isə məhv olmaqdır.
    6431.İmam Əli (ə): «Şəhvətpərəst adamın canı xəstə, ağlı naqis olar.»
    6432.İmam Əli (ə): «Şəhvətin qulu, pul ilə satılan quldan da xardır.»
    6433.İmam Əli (ə): «Əmr verən nəfsin əlində əsir olan nə çox ağıl var.»
    6434.İmam Əli (ə): «Kim şəhvətlərdə nəfsinin istəklərinə tabe olsa, ona həlak olmaqda kömək edib.»
    6435.İmam Sadiq (ə): «Düşmənlərinizdən ehtiyat edib çəkindiyiniz kimi, nəfsi istəklərinizdən də çəkinin. Çünki kişilər üçün nəfsi istəklərinə tabe olmaqdan və dillərinin biçdiklərindən (puç və boş sözlərdən) pis düşmən yoxdur.»
    1800.Nəfsi istəklərə qarşı çıxmaq.
    Qur‘an:
    «Amma Rəbbinin hüzurunda durmaqdan qorxub öz nəfsini istəklərdən qoruyanın yurdu həqiqətən, Cənnət olar.»
    Hədis:
    6436.İmam Əli (ə): «Ağlın başı, nəfsi istəklərlə mübarizədir.»
    6437.İmam Əli (ə): «Nəfsi, onun istəklərindən saxlamaq böyük cihaddır.»
    6438.İmam Əli (ə): «Nəfsi istəyə, düşmən düşməninə qalib gəldiyi kimi qalib gəl və onunla düşmən düşmənlə vuruşduğu kimi vuruş.»
    6439.İmam Əli (ə): «Adətləri tərk etmək üstündə öz nəfslərinizlə onlara qalib gələnədək vuruşun və nəfsi istəklərinizlə, onları zəncirləyənə kimi mübarizə aparın.»
    6440.İmam Əli (ə): «Şəhvətinə, adəti güclənməmişdən qabaq qalib gəl. Çünki o güclənsə, sənə hakim olacaq, səni öz arxasınca çəkəcək və ona müqavimət göstərə bilməyəcəksən.»
    6441.İmam Əli (ə): «Nicat şəhvətin əleyhinə olmaqda, ona qarşı çıxmaqdadır.»
    6442.İmam Sadiq (ə) («asayiş və rahatlığın yolu nədədir?» sualının cavabında):–«Nəfsi istəklərlin əleyhinə çıxmaqda.»
    6443.İmam Kazim (ə): «İki işlə qarşılaşıb onlardan hansı birinin daha düzgün olduğunu bilməyəndə, hansının sənin nəfsi istəyinə daha yaxın olmasına bax və ona qarşı çıx. Çünki sənin nəfsi istəyinə qarşı çıxmağında çoxlu savab gizlənmişdir.»
    1801.Nəfsi istəklərin hakim olması.
    6444.Allahın Peyğəmbəri (s): «Şəhvətlərə məftun olan qəlbdə pəhrizkarlığın məskunlaşması haramdır.»
    6445.Allahın Peyğəmbəri (s): «Şəhvətlərlə dinclik tapan qəlbə, göylərin mələklər aləmində dolanmaq haramdır.»
    6446.Allahın Peyğəmbəri (s): «Allah-taala buyurur: İzzət və əzəmətimə and olsun ki,….hansı bəndə öz istəyini Mənim istəyimdən üstün tutsa, onun işini bir-birinə vurar, dünyasının nizamını pozar, qəlbini ona məşğul edər və beləsinə dünyadan yalnız onunçün müəyyənləşdirdiyimi verərəm.»
    6447.İmam Əli (ə): «Kimin nəfsi istəyi güclənsə, iradəsi zəifləyər.»
    6448.İmam Əli (ə): «Şəhvətin zəncirində olan ağıla, hikmətdən bəhrələnmək haramdır.»
    1802.İnsanların ən şücaətlisi, öz nəfsi istəyinə qalib gələndir.
    6449.Süleyman (ə): «Öz nəfsi istəyinə qalib gəlmiş şəxs, təkbaşına bir şəhəri fəth etmişdən də güclüdür.»
    6450.Allahın Peyğəmbəri (s): «İnsanların ən şücaətlisi, öz nəfsi istəyinə qalib gələn şəxsdir.»
    6451.Allahın Peyğəmbəri (s): «Pəhləvan camaata qalib gələn deyil, öz nəfsinə qalib gələn kimsədir.»
    1803.Şəhvəti zəiflədən amil.
    6452. «əl-Məhəccətul beyza»: Allah-taala Musaya (ə) vəhy etdi: «Yadında saxla ki, sən qəbir sakini olacaqsan. Bu xatırlama səni şəhvət və istəklərin çoxundan saxlayacaqdır.»
    6453.İmam Əli (ə): «Hikmət (və ağıl) hər nə qədər güclənsə, şəhvət və nəfsi istəklər (bir o qədər) zəifləyər.»
    6454.İmam Əli (ə): «Ağlı kamil olan kimsə, şəhvət və nəfsi istəkləri xar sayar.»
    6455.İmam Əli (ə): «İffət şəhvət və nəfsi istəkləri zəiflədir.»
    6456.İmam Əli (ə): «Kim özünə qiymət qoysa, şəhvət və nəfsin istəkləri onun gözündə dəyərdən düşər.»
    6457.İmam Əli (ə): «Ey Allahın bəndələri, Allahdan qorxun! (Yaradılışın başlanğıc və sonu barədə) Fikirləşmək onu məşğul edən…və dünyaya rəğbətsizlik onun şəhvət və nəfsi istəklərinin qarşısını aldığı ağıllı bir şəxs kimi.»
    6458.İmam Əli (ə): «Cənnət arzusunda olan kimsə şəhvət və nəfsi istəklərə göz yumar.»
    1804.Kim öz nəfsi istəklərinə qalib gəlsə…
    6459.Allahın Peyğəmbəri (s): «Allah-taala buyurur: And olsun izzət və əzəmətimə, hansı bəndə Mənim istəyimi öz istəyindən üstün tutsa, mələklərimi onu qorumağa göndərər, göyləri və yeri onun ruzisinin zamini, təminatçısı edər, hər tacirin ticarətinin ardınca onun fikrində olaram və dünya öz istəyi ilə (yaxud zəlil halda) ona üz tutar.»
    6460.İmam Əli (ə): «Kim şəhvət və nəfsi istəyinə qalib gəlsə, ağlı aşkara çıxar.»
    6461.İmam Əli (ə): «Öz şəhvət və nəfsi istəklərinin ixtiyarı əlində olmayan kəs öz ağlının da sahibi olmaz.»
    6462.İmam Əli (ə): «Hər hansı bir eybdən pak və uzaq olmaq, şəhvət və nəfsi istəklərə hakim olmaqla mümkündür.»
    6463.İmam Əli (ə): «Şəhvət və nəfsi istəyi rədd etmək onu məhv edir, təmin etmək isə gücləndirir!»
    6464.İmam Baqir (ə): «Allah-taala buyurur: İzzət, cəlal, əzəmət və ululuğuma and olsun ki, hansı bəndə Mənim istəyimi öz istəyindən üstün tutsa, onun iş və həyatını öz yoluna qoyar, göylər və yeri onun ruzisinin zamin və təminatçısı edər, hər bir tacirin ticarətinin arxasınca onun (xeyrinin) fikrində olaram.»

    Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.