395. Məhv olmaq
1792.Məhvə səbəb olan amillər.
Qur‘an:
«Biz yalnız əhalisi zalım olan məmləkətləri məhv etdik.»
Həmçinin müraciət et: «Ənfal», 56; «Yunis», 13; «İbrahim», 13; «Kəhf», 59; «Həcc», 45; «Şüəra», 139; «Duxan», 37.
Hədis:
6386.Allahın Peyğəmbəri (s): «Simiclik, nəfsi istəklərə tabe olmaq və xudpəsəndlik məhvedicidirlər.»
6387.Allahın Peyğəmbəri (s): «Doğrudan da keçmişlərin dirhəm və dinarları sizi məhv və yox etdi. Sizi məhv edən də elə bu ikisidir.»
6388.İmam Əli (ə): «Sizin məhv olmuş əcdadlarınızın məhvolma səbəbi, əslində onların günah etmələri və Allahpərəst alimlərin, rahiblərin onları çəkindirməmələri idi….»
6389.İmam Əli (ə): «Yəqini şəkkə, haqqı batilə və axirəti dünyaya satan kəs məhv oldu.»
6390.İmam Əli (ə): «Öz qədir-qiymətini bilməyən məhv olar.»
6391.İmam Əli (ə): «Mənim barəmdə iki dəstə məhv və həlak oldu: ifrata varan dost və kin bəsləyən düşmən.»
6392.İmam Sadiq (ə): «İki iş ölüm gətirir: camaata öz nəzərinə uyğun fitva vermək və bilmədiyin şeyin ardınca getmək.»
6393.İmam Sadiq (ə): «Allah altı dəstəni altı xislətə görə: hökmdarları zülmkarlıqlarına, ərəbləri təəssübkeşliklərinə, torpaq sahiblərini təkəbbürlərinə, tacirləri xəyanətlərinə, kəndliləri nadanlıqlarına və fəqihləri paxıllıqlarına görə məhv edir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild