160. Rəhmət
799. Allahın rəhməti
2528. Allahın Peyğəmbəri (s):«Allah-taala göyləri və yeri yaratdığı gün, hər biri yerlə göy arasındakı məsafə qədər olan yüz rəhmət yaratdı. Sonra rəhmətlərdən birini yer üzünə endirdi və həmin rəhmətin səbəbinə yaradılmışlar bir-birinə rəhm edir, ana öz balasına məhəbbət bəsləyir, quşlar və heyvanlar su içir, insanlar bir yerdə yaşayırlar.»
2529. Allahın Peyğəmbəri (s):«İnsanlar Cənnətə yalnız Allahın rəhməti ilə daxil olacaqlar.» Ərz etdilər:«Hətta siz də?» Buyurdu:«Hətta, mən də. Yalnız, Allah-taalanın məni öz rəhmətinə şamil etdiyi haldan başqa.»
2530. Allahın Peyğəmbəri (s):«Əgər Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, mütləq ona arxalanardınız.»
2531. İmam Səccad (ə):«Nicat tapan o qədər də təəccüb doğurmur. Əksinə, məhv olan kimsə təəccüb doğurur ki, Allahın bu qədər geniş rəhməti olduğu halda məhv olmuşdur.»
800. Rəhmətin səbəbləri
2532. Allahın Peyğəmbəri (s):«Allahın əmrlərinə itaət etməklə özünüzü Onun rəhmətinə qovuşdurun.»
2533. İmam Əli (ə) :«Allahın rəhməti Onu yad etməklə nazil olar.»
2534. İmam Əli (ə) :«Mehribanlıq göstərməklə Allahın rəhməti nazil olar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild