1-ci hədis
+17
Müəllif:
Şahin | 7-01-2014, 16:30 | Baxılıb: 1 543
Allah Təala buyurur: "Təəcüb edirəm o şəxsə ki, ölümə yəqin etdiyi halda necə də şad olur. Təəccüb edirəm o şəxsə ki, Qiyamət hesabına yəqin etdiyi halda necə də mal toplayır. Təəccüb edirəm o şəxsə ki, qəbr əzabına yəqinliyi olduğu halda necə də gülür. Təəccüb edirəm o şəxsə ki, dünyanın zay olub aradan gedən olmağına (məhv və zavalına) yəqinliyi olduğu halda necə də ona etibar edir (bel bağlayır). Təəccüb edirəm o şəxsə ki, Axirət və nemətlərinin əbədi olmağına yəqinliyi olduğu halda necə də istirahət edir (axirəti qazanmaq üçün çalışmır). Təəccüb edirəm o şəxsə ki, dildə alimdir, qəlbən nadan. Mən təəccüb edirəm o şəxsə ki, özünü su ilə pak etdiyi halda qəlbini paklamır. Təəccüb edirəm o şəxsə ki, öz eybindən xəbərsiz olduğu halda başqalarının eybini axtarmaqla məşğuldur. Təəccüb edirəm o şəxsə ki, Allahın onun bütün içlərindən xəbərdar olduğunu bildiyi halda necə günah edir. Təəccüb edirəm o şəxsə ki, tək ölüb qəbrə tək gedib, tək sorğu-sual ediləcəyini bildiyi halda necə də (Allah ilə ünsiyyət etməyib insanlarla ünsiyyət edir". (Və Allah buyurur: "Həqiqətən Allahdan başqa məbud yoxdur. Və Muhəmməd (s.a.s.) Mənim bəndəm və rəsulumdur”
Hədisi-Qüdsi 1ci hədis
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.