* * *
Hədis 302: Həzrət Məhəmməd (s) buyurur: "Ən yaxşı əməl Allaha görə dost və Allaha görə düşmən olmaqdır.”
* * *
Hədis 303: Həzrət Məhəmməd (s) buyurur: "Möminlər bağışlayan və mülayimdirlər.”
* * *
Hədis 304: Həzrət Həsən (ə) buyurur: "Bir-biri ilə məşvərət edən xalq kamala yetişər.”
* * *
Hədis 305: İmam Həsən (ə) buyurur: "Sənə o kəs yaxındır ki, dostluq yolu ilə yaxın olsun, qohum olmasa da belə.”
* * *
Hədis 306: Həzrət Məhəmməd (s) buyurur: "Gizli dua aşkar duadan yetmiş dəfə tə`sirlidir.”
* * *
Hədis 307: Həzrət Məhəmməd (s) buyurur: "Vacib namazı vaxtı keçdikdən sonra qılan şəxs qiyamət günü mənim şəfaətimə nail olmaz.”
* * *
Hədis 308: Həzrət Əli (ə) buyurur: "Diri şəxsin ölüyə qovuşmağı nə qədər də yaxındır.”
* * *
Hədis 309: Həzrət Əli (ə) buyurur: "Dünyada əldə etdiklərin üçün o qədər də sevinmə.”
* * *
Hədis 310: Həzrət Əli (ə) buyurur: "Dünyada əlindən çıxanlara görə o qədər də qəm yemə.”
* * *
Hədis 311: Həzrət Əli (ə) buyurur: "Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar.”
* * *
Hədis 312: Həzrət Əli (ə) buyurur: "Hər nəfəs ölümə doğru atılan bir addımdır.”
* * *
Hədis 313: Həzrət Əli (ə) buyurur: "Sənə ən yaxın olan düşmən öz nəfsindir.”
* * *
Hədis 314: Həzrət Əli (ə) buyurur: "Yəqin üzündən olan yuxu şəkk ilə qılınan namazdan yaxşıdır.”
* * *
Hədis 315: Həzrət Əli (ə) buyurur: "Camaat içində birinə nəsihət vermək danlaqdır, nəsihət deyil.”
* * *
Hədis 316: Həzrət Əli (ə) buyurur: "Bəsirət kor olanda gözün görməyi faydasızdır.”
* * *
Hədis 317: Həzrət Əli (ə) buyurur: "Tam bilmədiyin şeyi danışma.”
* * *
Hədis 318: Həzrət Əli (ə) buyurur: "Sınaqdan çıxarmamış dosta e`timad etmə.”
* * *
Hədis 319: Həzrət Əli (ə) buyurur: "Bir şəxsdən bilmədiyi bir şey barəsində soruşulsa, "bilmirəm” deməyə əsla utanmamalıdır.”
* * *
Hədis 320: Həzrət Əli (ə) buyurur: "Əsla, Qur`andan başqa yerdə şəfa axtarmayasınız, çünki Qur`an bütün dərdlərin şəfasıdır.”
* * *
Hədis 321: Həzrət Əli (ə) buyurur: "Düşünmək kimi ibadət yoxdur.”
* * *
Hədis 322: Həzrət Məhəmməd (s) buyurur: "Hər eşitdiyini danışmağın sənin yalançılığının sübutu üçün bəsdir.”
* * *
Hədis 323: Həzrət Məhəmməd (s) buyurur: "Gizli sədəqə Pərvərdigarın qəzəbini söndürər.”
* * *
Hədis 324: Həzrət Məhəmməd (s) buyurur: "Dilini saxlayan kəsin eyblərini Allah örtər.”
* * *
Hədis 325: Həzrət Məhəmməd (s) buyurur: "Xalqın haqqını itirməyənlər Allaha ən çox şükür edənlərdir.”
* * *
Hədis 326: Həzrət Məhəmməd (s) buyurur: "Harada olursansa ol, Allahdan qorx.”
* * *
Hədis 327: Həzrət Məhəmməd (s) buyurur: "Mö`min az xərcli və qanedir.”
* * *
Hədis 328: Həzrət Məhəmməd (s) buyurur: "Mö`minin şərəfi gecə oyaq qalmaq, izzəti isə xalqdan ehtiyacsızlıqdır.”
* * *
Hədis 329: Həzrət Məhəmməd (s) buyurur: "Mö`min bir dəlikdən iki dəfə sancılmaz (səhvini təkrar etməz).”
* * *
Hədis 330: Həzrət Məhəmməd (s) buyurur: "Allah yanında ən yaxşı tövbə günahdan uzaqlaşmaq və peşmançılıqdır.”
* * *
Hədis 331: Həzrət Məhəmməd (s) buyurur: "Qəlbiniz yumşalanda duanı qənimət bilin, çünki qəlbin riqqətliliyi rəhmətdir.”
* * *
Hədis 332: Həzrət Məhəmməd (s) buyurur: "Az ne`mətə şükür etməyən, çoxa da şükür etməz.”
* * *
Hədis 333: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala duada israrlı olanı sevir.”
* * *
Hədis 334: Həzrət Məhəmməd (s) buyurur: "Gülən halda günah edən şəxs ağlayan halda cəhənnəm oduna daxil olar.”
* * *
Hədis 335: Həzrət Əli (ə) buyurur: "Nadanlıq kimi yoxsulluq yoxdur.”
* * *
Hədis 336: Həzrət Əli (ə) buyurur: "Elm kimi şərəf yoxdur.”
* * *
Hədis 337: Həzrət Əli (ə) buyurur: "Çox mülayim olan kəs peşman olmaz.”
* * *