Bismillahir Rəhmanir Rəhim
*** "Yaxşılıqların ən yaxşısı bizimlə (Əhli – beyt ilə) dostluq, günahların ən pisi isə bizimlə düşmənçilikdir.”
***
"Çoxlarının namazı əziyyət və yorğunluqdan başqa bir şey deyildir.”
***
"Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar.”
***
"Kərim insanlar camaata yemək verməkdən ləzzət alır. Paxıl insanlar isə yeməkdən ləzzət alır.”
***
"Əməlində səhlənkarlıq edən qəm – qüssəyə düçar olar.”
***
"Əgər bir gün dünyaya aid dərdin olarsa Rəbbinə dönüb "Rəbbbim, çox böyük dərdim var”
demə, dərdinə dönüb "çox böyük Rəbbim var” de.”
***
"O kəsə təəccüb edirəm ki, özündən yuxarıdakının mərhəmətinə ümidvar olduğu halda, ondan asılı olanları ümidsiz qaytarır.”
***
"Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xətasına isə ağlayır.”
***
"Valideyn üçün dua etməmək ruzini azaldır.”
***
"Ən axmaq insan özünü hamıdan ağıllı biləndir.”
***
"Axmağın müqabilində susmaq, ona cavab verməkdən yaxşıdır.”
***
"Xalqın sənin üçün dedikləri hər bir şeyi rədd etməyə çalışma. Axmaqlığı göstərməkçün elə bu kifayətdir.”