223. Şəkk
1046. Şəkk
3349. İmam Əli (ə) : « Sənə əmin olduğundan yapışmağı və şəkkdən uzaqlaşmağı tövsiyyə edirəm. Çünki insanın dini üçün, şəkkin onun əminliyinə qalib gəlməsi qədər məhvedici bir şey yoxdur.»
3350. İmam Əli (ə): «Haqqı tapdığım andan bəri Onda şəkk etməmişəm.»
3351. İmam Əli (ə) : «Mənim öz Rəbbimə əminliyim var və dinimdə heç bir şübhə yoxdur.»
3352. İmam Sadiq (ə): «Çirkabı sizdən təmizləyər.»[3689] ayəsi barədə- «Burada məqsəd, elə şəkkin çirkabıdır. Allaha and olsun, biz heç vaxt öz Rəbbimiz barədə şəkkə düşmürük.»
1047. Şəkkin yaranma amilləri
3353. İmam Əli (ə): «Şəkk nadanlığın məhsuludur.»
3354. İmam Əli (ə): «Kim Allahın işində itaətsizlik edərsə, şəkkə düçar olar. Kim şəkkə düşərsə, Allah ona üstün gələr. Öz qüdrəti ilə onu xar edər və Öz cəlalı ilə onu alçaldar. Necə ki, o da Allahın işində səhlənkarlıq etmişdi.»
3355. İmam Əli (ə): «Şübhələnməyin ki, şəkkə düçar olarsınız. Şəkkə düşməyin ki, küfrə yuvarlanarsınız. Öz nəfslərinizə meydan verməyin ki, belə olan halda dində səhlənkarlıq olar.»
3356. İmam Əli (ə): «Şəkk, imanı bərbad edər.»
3357. İmam Əli (ə): «Şəkk qəlbin nurunu söndürər.»
3358. İmam Əli (ə): «Şəkkin məhsulu çaşqınlıqdır.»
1048. Şəkki götürən şey
3359. İmam Əli (ə): «Ardıcıl surətdə düşünməklə şəkk aradan gedər.»
3360. İmam Əli (ə): «Allahın yaratdıqlarını gördüyü halda, Onun varlığına şəkk edən şəxsə təəccüb edirəm.»
3361. İmam Əli (ə):«Heç bir ixlaslı bəndə şübhəyə düçar olmadı və heç bir yəqin əhli şəkkə düşmədi.»
3362. İmam Əli (ə): «Şəkkin dörd şaxəsi var: mübahisə etmək, qorxu, çaşqınlıq və təslim olmaq. Mübahisəni özünə adət etmiş şəxsin, gecəsi səhər olmaz. Kim gələcək hadisələrdən qorxuya düşsə, keçmişə qayıdar. Tərəddüd və çaşqınlıqda qalan şeytanların caynağında didilər. Dünya və axirət ölümünə təslim olansa, hər iki sarayda məhv olar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild