346. Küfr
1590. Küfrə səbəb olanlar
5546. İmam Baqir (ə): «E'tiraf və təslimdən qaynaqlanan hər bir (itaət) şey imandandır. Mayası inkar və danmaq olan hər iş (əməl) küfrdür.»
5547. İmam Sadiq (ə): «Allah və Onun peyğəmbərinə şəkk edən kafirdir.»
1591. Küfrün ən az dərəcəsi
5548. Allahın Peyğəmbəri (s): «Küfrün ən az dərəcəsi budur ki, insan öz qardaşı haqda bir söz eşitsin və onu (bir gün) rüsvay etmək üçün saxlasın. Belələrinin xeyir və yaxşılıqdan nəsibləri olmaz.»
5549. Allahın Peyğəmbəri (s): «Küfrün dörd təməli var: istək, qorxu, narazılıq və qəzəb.»
5550. İmam Əli (ə): «Küfr dörd sutun üzərində dayanır: fisq (Allahın əmrindən çıxmaq), ifratçılıq (dində), şəkk və şübhə.»
5551. İmam Sadiq (ə) (Küfrün ən az dərəcəsi haqda suala cavabından): «Təkəbbür ondan (onun göstəricilərindən) biridir.»
5552. İmam Sadiq (ə) («Kimsə danışanda yalan desə, verdiyi və'dinə xilaf çıxsa, etibarlı sayılarkən əmanətə xəynaət etsə, küfr və imanın hansı mərtəbəsində olar!» deyə soruşulduqda):–«Bu küfrə ən yaxın mənzillərdir. Ancaq o, kafir deyil.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild