128. Xətt və xəttatlıq
613. Xətt və xəttatlıq
Qur’an:
«Sən Qur‘andan qabaq heç bir kitab oxumamışdın və öz xəttinlə heç bir kitab yazmamışdın. Əgər belə olsaydı, batil əhli şəkkə düşərdi.»
Hədis:
1863. Allahın Peyğəmbəri (s):«Mürəkkəbqabına liğə (sap) qoy, qələmi itilə, (Bismillahir rəhmanir rəhimdə) «ba» hərfini çək, «sin»i açıq yaz, «mim»i əyri yazma, Allahı gözəl yaz. Ər-rəhmanı bir qədər uzat, ər-rəhimi yaxşı yaz.»
1864. Allahın Peyğəmbəri (s) «Yaxud elmdən bir nişanə» ayəsi barədə:«Burada məqsəd xəttdir.»
1865. Əta ibn Yəssar:«Peyğəmbərdən (s) xətt barədə soruşdular. Buyurdu:«Onu bir peyğəmbər təlim etdi və səhabələri öyrəndilər.»
1866. İmam Əli (ə):«Xətt əlin dilidir.»
1867. İmam Əli (ə) öz katibi Ubeydulla ibn Əbirafiyə xitabən :«Öz mürəkkəbqabına liqa (sap) qoy, qələminin ucunu uzununa itilə, xəttlər arasında fasilə saxla və hərfləri bir-birinə yaxın yaz. Belə yazsan xəttin gözəl olar.»
1868. İmam Əli (ə):«Qələminin ucunu yar, lələyini qalın et və onu sağ tərəfdən kəs ki, xəttin qəşəng olsun.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild