381. Nəfs
1734.Pis işlərə əmr edən nəfs
Qur‘an:
«Mən öz nəfsimi təmizə çıxartmıram. Çünki nəfs həmişə- Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla- pis işlər görməyi əmr edir. Həqiqətən, Rəbbim bağışlayan və rəhm edəndir.»
Hədis:
6198.İmam Əli (ə): «Pis işlərə əmr edərək zahiri yalandan gözəl göstərən nəfs, münafiq kimi yaltaqlanır və özünü münasib və ürəyiyanan dost kimi göstərir. Elə ki, (insanı) aldadaraq (onu) ələ aldı, düşmən kimi hakim olur, özündən razılıq və quldurluqla hökmranlıq edir, (insanı) pis və məhvə səbəb olan yerlərə sürükləyir.»
6199.İmam Səccad (ə) (münacatlarının birində): «Allahım! Həmişə pis işləri əmr edən, günaha tərəf tələsən və Sənə qarşı itaətsizliyə həris olan nəfsdən Sənə şikayət edirəm…. Üzr və bəhanəsi çoxdur və uzun arzuları var. Ona bir ziyan dəyəndə dözümsüzlük, xeyir--bərəkət yetişəndə isə xəsislik edir. Oynamaq və əylənməyə vurğundur və qəflət və xəbərsizliklə doludur. Məni günaha tələsdirir və tövbə məsələsində bu gün-sabah edir.»
1735.Qınayan nəfs və ya oyaq vicdan.
Qur‘an:
«And içirəm özünü qınayan nəfsə.»
Hədis:
1736.Nəfsin təlim-tərbiyəsi və təmizlənməsi.
Qur‘an:
«And olsun nəfsə (insan nəfsinə) və onu şəklə salana. Sonra ona günahlarını və pəhrizkarlığını ilham edənə. Onu təmizləyən, mütləq nicat tapdı. Onu (günaha) batıran isə, əlbəttə ki, ziyana uğradı.»
Hədis:
6201.İmam Əli (ə): «Camaat! Nəfslərinizin tərbiyəsi ilə məşğul olun və onu adətlərinə hərislikdən saxlayın.»
6202.İmam Əli (ə): «Nəfslərinizlə daim cihad etməklə onlara hakim olun.»
6203.İmam Əli (ə): «Həqiqətən, ilahi təqva sizin qəlblərinizin dərdinin dərmanı….və nəfslərinizin çirkinliklərini təmizləyəndir!»
6204.İmam Əli (ə): «(Pis işlərə əmr edən) Nəfsinə arxa çevirməklə özünə (fəzilətli insani nəfsinə) üz tut!»
6205.İmam Əli (ə): «Kim öz nəfsini məzəmmət etsə, onu islah edər, kim öz nəfsini tərifləsə, onu öldürər.»
6206.İmam Əli (ə): «Kim özünü islah etməsə, çirkin adətlər onu rüsvay edər.»
6207.İmam Əli (ə): «Kim öz eyb və nöqsanı ilə məşğul olmasa, nəfsi istəklər ona hakim olar. Kim (başdan-ayağa) nöqsan içində olsa, onun üçün ölüm daha yaxşıdır.»
1737.Özünə ehtiramın nişanəsi.
6208.İmam Əli (ə): «Öz nəfsinə (və şəxsiyyətinə) hörmət qoyan kəs, onu günahla xar etməz.»
6209.İmam Əli (ə): «Özünə hörmət qoyan kimsənin gözündə nəfsi istəklər dəyərsiz olar.»
6210.İmam Əli (ə): «Dünya özünə hörməti olan şəxsin gözünə kiçik və dəyərsiz görünər.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild